- Dahiliyin imitasiyası üçün də istedad lazımdır. Tur Xander
- Doğruları danışmaq üçün insanda istedad olmalıdır. Tupak Şakur
- Əgər ailə quran təşkilatçı istedadlıdırsa, belə ailədə məhəbbət möhkəm olacaqdır. Anton Makarenko
- Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. Qaston Levis
- İnsan yalanla ülfət etdikdə, ağıl və istedad onu tərk edir. Vissarion Belinski
- İstedad cins at kimidir, onu idarə etməyi öyrənmək lazımdır. Əgər onun yüyənini hər tərəfə dartsan, o yabıya çevriləcəkdir. Maksim Qorki
- İstedad işə məhəbbət hissindən inkişaf edir və hətta ola bilər ki, mahiyyətcə istedad yalnız işə məhəbbətdir. Maksim Qorki
- İstedad özünə, öz gücünə inamdır. Maksim Qorki
- İstedad uzun bir səbrdir. Qüstav Flober
- Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır. Adolf Hitler
- Yalnız ağıl və idrakın hökmünə tabe edilən istedad, həqiqətən gözəl əsərlər yarada bilər. Bualo