Atilla

Avropa Hun İmperiyasının hökmdarı

Atilla — dünyanın ən məşhur sərkərdələrindən biri.

Atilla
Doğum tarixi 1. millennium
Vəfat tarixi 453
Vəfat yeri Pannoniya
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı lider cavabını duymaq istəmədiyi sorğunu heç vaxt soruşmaz!
  • Alternativ seçərkən müdrik başçı elə variant axtarır ki, onun nəticələri risk və məsrəflərdən çox olsun. Əsl başçı ümumi rifahın xeyrinə qərar qəbul edir.
  • Asiyalı və avropalı əcdadlarımızdan bizə irs qalan irqi, mədəni, əxlaqi və sosial konsepsiyalar həmvətənlərimizə, onların istedad və rifahına hörmətdən keçməklə hər şeyi qəbul etməli və ehtiram göstərməlidir. Piramidanı öz şəxsi şərəfin üzərində qurmaq yolverilməzdir. Nə qədər ki, biz şəxsi və milli adətlərimizi möhkəm saxlayırıq, bizim həyat enerjimizi sümürən təmtəraqlı özünüsevmə oyunlarının qurbanı olmamalıyıq.
  • Atilla döyüşərkən kim sakit durursa, o, artıq dəfn olunmuşdur!
  • Başçı anlamalıdır ki, qanunun tələbi həmişə onun özündən yüksəkdir.
  • Başçı heç vaxt üstünlüklərin qayğısına qalmamalıdır, həmişə birinci yerdə məsuliyyət olmalıdır. Yalnız üstünlüklərə görə vəzifə axtarmayan başçı hörmətə layiq olur.
  • Başçı hər bir halda hakimiyyətdən sui-istifadə etməməlidir. Belə hallar ciddi ixtilaflar yarada bilər, tayfada və ya millətdə qiyama gətirib çıxara bilər.
  • Başçı hökmən ruhən qələbəyə can atmalıdır. Heç də məcburi deyil ki, hər dəfə qalib gələsən, amma ən vacib döyüşləri udmaq lazımdır. Rəhbər başa düşməlidir ki, rəqabət həm bizim xalqın arasında, həm də ondan xaricdə çox qüvvətlidir, onu nəzərə almamaq olmaz. Məhz azğın rəqabət ruhu döyüş meydanında, danışıqlar masası arxasında və daxili nifaqlar dövründə qalib gələnləri hərəkətə gətirir. Rəqabət ruhu olmayan rəhbər zəifdir, xırda çətinliklər qarşısında geri çəkilir.
  • Başçı öz qıpçaqlarının hesabına geyinməməli və silahlanmamalıdır. Onun geyim və silahı adətlərin tələb etdiyi kimi, cüzi fərqlənməlidir. Onlar həm qiymətinə, həm də işlənməsinə görə həddən artıq seçilməməlidir.
  • Başçı tayfada əxlaq və intizamı formalaşdırmaq üçün var gücü ilə çalışmalı, sonra isə yorulmadan onu möhkəmləndirməlidir.
  • Başçı var gücü ilə çalışmalıdır ki, tayfada intizam və əxlaq formalaşsın, sonra isə yorulmadan onu möhkəmləndirməlidir.
  • Başçının heç bir fəaliyyəti hökm verməyə və hərəkətə düzgün ad seçilmədən keçmir. Zamanı hiss etmək vərdişi üçün sehrli resept mövcud deyil. Bu bacarığı rəhbər çox vaxt öz səhvləri üzərində öyrənməklə əldə edir.
  • Başçıya əxlaqın və ya intizamın zəifləməsi ilə barışmaq yolverilməzdir. О, əxlaq və intizama söykənir və elə özü də onları yayır.
  • Birbaşa başçının qayğısını tələb etməyən fəaliyyətləri qazanmaq olmaz.
  • Bir hunun böyüklüyü onun millətinin rifahı üçün fədakarlıq etməyə hazır olması ilə ölçülür.
  • Biz vahid qıpçaq xalqı kimi özünüdərketməni möhkəmlədən mahnı və rəqslərimizi, oyunlarımızı, zarafatlarımızı və bayramlarımızı qorumalıyıq.
  • Bizim adamlarımız daim yadda saxlamalıdırlar ki, qıpçaq olmaq nə deməkdir. Onlar hər dəfə asanlıqla fəth edə biləcəyimiz xalqla ittifaqa getdikdə milli ruh pozulur.
  • Böyük və ya kiçik olmasından asılı olmayaraq, sabah sizə qarşı çıxış edəcək düşmənin gücünü qiymətləndirməmək olmaz.
  • Bütün danışıqlarda mütləq diplomatik təşəbbüsü ələ alın. Bir an belə düşmənlə təmasdan ayrılmadan həmişə hücum edin ki, onu pis vəziyyətə salasınız və qalib gələ biləsiniz.
  • Bütün Hunlara istisnasız olaraq şəxsi və milli qeyrət xasdır. Bu, vacib qəhrəmanlıqdır. Əgər söz vermisənsə, о, bütün istənilən fikirlərdən, hətta siyasi məqsədəuyğunluqdan da üstündür. Amma eşidilən vədi verməzdən əvvəl düşünmək lazımdır.
  • Bütün qıpçaqlara istisnasız olaraq şəxsi və milli qeyrət xasdır. Bu, vacib qəhrəmanlıqdır. Əgər söz vermisənsə, o bütün istənilən fikirlərdən, hətta siyasi məqsədəuyğunluqdan da üstündür. Amma eşidilən vədi verməzdən əvvəl düşünmək lazımdır.
  • Bütün rəqiblərinizi düşmən hesab etməyin. Tayfa daxilində və ondan kənarda digərləri ilə qarşıdurma da çox faydalı və dostcasına ola bilər.
  • Çar düşməndən bac almaq üçün öz qeyzini və gücünü işə sala bilər, amma başçıda belə üstünlük yoxdur.
  • Danışıqlar zamanı öz üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirin, yoxsa gələn dəfə düşmən sizin sözünüzə inanmaz.
  • Danışıqlarda ciddi, ölçülüb-biçilmiş riskə getmək lazımdır, çalışın ki, bütün mümkün olan nəticələri qabaqcadan görə və arzu olunan nəticəni əldə edə biləsiniz.
  • Düşməni aldatmaq imkanını əldən buraxmayın. Qoy о sizi dost hesab etsin. Qoy vaxtından əvvəl fəaliyyətə keçsin. Heç vaxt heç nəyi ona açmayın.
  • Düşmənin zəifliyindən öz xeyrinizə istifadə etmək imkanını əldən verməyin. Digər tərəfdən, onun çox təhlükəli olduğunu bildikdə geri çəkilin və onu aradan qaldıra biləcəyiniz vaxt qayıdın.
  • Əgər başçının xarici görünüşündən nəciblik yağırsa, qıpçaqlar da, düşmənlər də ona nəcib insan kimi münasibət bəsləyəcəklər.
  • Əgər başçı öz qıpçaqlarında və düşmənlərində hörmət hissi yaratmırsa, o, zəifdir və öz tituluna yaraşmır.
  • Əgər bir işi başqasına tapşırmısınızsa, onu öz əlinizə almayın, yoxsa işdən kənarlaşdırılmış, tabeliyinizdə olan adamı özünüzə düşmən edərsiniz.
  • Əxlaq bizim qıpçaq qürurumuzdan axır. İntizam isə əxlaqdan yaranır.
  • Əxlaq və intizam, hər şeydən əvvəl, başçı onları gördüyü kimidir.
  • Əxlaq və intizamsız birlik də ola bilməz.
  • Heç vaxt qorxutmağa çalışmayın.
  • Heç vaxt uğursuzluğun günahını günahsızın üzərinə yıxmayın.
  • Həmişə sizə tabe olan rəhbərlərə lazımi hörmət göstərin, onlara hörmət göstərməsəniz, onların tabeliyində olanlar da sizdən nümunə götürəcəklər.
  • Hər şeydən əvvəl rəhbərlik etməyə can atan tayfa üzvlərinin hörmətini qazanmaq, mütləq onu şərəflə və vicdanla qazanmaq üçün inkarolunmaz istəyə malik olmalıdır.
  • Hun olmaq üçün millətə sadiq və sədaqətli olmaq lazımdır. Adətlərimizi gözləmək bizim irsimizə, keçmişimizə və gələcəyimizə hörmətdir.
  • Hunlar ancaq qazana biləcəkləri döyüşlərə girməlidirlər.
  • Hunlar maneələri çətinliklə dəf etməyin onların həyatlarına rəng qatacağını və onlara təsir edəcəyini erkən öyrənməlidirlər.
  • Hunlara rəhbərlik edən qorxu bilməməlidir. О, cəsarətə və güclü ruha malik olmalıdır ki, ona həvalə olunanı yerinə yetirsin, igidliyə malik olmalıdır ki, rəhbər olmaqdan qorxmasın.
  • Hunlarla içki içən sərkərdələr artıq komandir deyil, onlardan birinə çevrilirlər.
  • Hunun xeyrinə nə varsa, bütün xalq üçün də xeyirli olmalıdır. Və əksinə, tayfa və xalq üçün nə faydalıdırsa, Hun üçün də faydalı olmalıdır, əks halda, о, romalıların yanına qaçacaq.
  • Xidmətin ilk başlanğıcından bizim rəhbərlərimiz müəyyən, əsas keyfiyyətləri əldə etməli və onlarla təkmilləşməlidirlər.
  • İndiki rəhbərliyə sürətli və asan yol, sadəcə, mövcud deyil. Hunlar bütün həyatları boyu oxumalıdırlar, yeni ideyaları, novatorluq prosedurlarını və metodları öyrənməli və bu imkanı heç vaxt əldən verməməlidirlər.
  • İntiqam Tanrının böyük vergisidir.
  • İntizam qıpçaqlara inam verir. Beləliklə, intizam əxlaq möhkəmləndirir.
  • İntizam fərdiliyi itirmək demək deyil.
  • Kifayət qədər təlim və təcrübə rəhbərdə qətilik yaradır, bu, istənilən başçı üçün qaçılmaz olan toqquşma zamanı ona güc verir. Gücünə arxayın olmayan başçı tabeliyində olanlara və özünə bərabər rəislərə nümayiş etdirir ki, vəzifələrin ağırlığı onun gücündə deyil, odur ki, zəif başçı və faydasız rəhbər olur.
  • Qəbul olunub ki, bayramlarda başçı özünün yaxşı xəzini və gözəl işlənmiş dəri paltarını geyinsin. Amma çox bahalı paltarla öz üstünlüyünü göstərmək yalnız toplaşanların nifrətinə səbəb olur, onları bayram əhvali-ruhiyyəsindən yayındırır.
  • Qələbəyə gedəni ox tutmaz!
  • Qisasalma təbiətin ən böyük hədiyyəsidir!
  • Qıpçaqlar intizama can atır və öz başçılarının arxasınca həvəslə gedirlər, çünki özləri də intizamlıdırlar.
  • Qıpçaqları düzlük və ruh yüksəkliyinə görə mükafatlandırın, çünki belələri az tapılır
  • Məqsədsiz hun məqsədinə nə vaxt çatdığını heç vaxt bilməyəcək.
  • Mərd əcdadlarımıza ehtiram əlaməti olaraq bizim mahnılarımız və rəqslərimiz, bir növ, vahid olmalıdır. Onlara istənilən kənar ləkələri daxil etmək olmaz, yoxsa bizim irsimiz itib-batar.
  • Müdafiə qorxu əlamətidir![1]
  • Müdrik başçı anlayır ki, həddən artıq sərt və ya artıq yayılmış intizam onun qıpçaqlarının əxlaqına öldürücü təsir göstərir.
  • Müdrik başçı xalqa xidmətini və qabiliyyətini yalnız səlahiyyətlərin verilməsi məharəti ilə genişləndirir.
  • Müdrik başçı mahiyyətə varmadan heç vaxt qərar qəbul etmir. Qərar onu qəbul edənin şücaəti, ağılıdır.
  • Mürəkkəb problemləri həll edərək siz, ilk növbədə, sağlam düşüncəyə əsaslanmalısınız.
  • Öz vəzifənizin məsuliyyət və üstünlüklərinə həmişə olduqca ciddi yanaşın. Heç vaxt hakimiyyətdən təbəələrinizin ziyanına istifadə etməyin.
  • Rəhbər öz qıpçaqlarına hər an nəzarət etməlidir ki, onlar məqsədsiz dolaşmasınılar.
  • Rəhbər tabeliyində olan komandirlər arasında əxlaq, düzlük və ədaləti sözlə yox, əməli ilə yayır. Sözün əməldən fərqlənməsi yolverilməzdir.
  • Rəhbər tabeliyindəkilərin fərasət və ixtiraçılığını mükafatlandırmalıdır, belə ki, yalnız söylənilən keyfiyyətlər tayfanın və ya millətin işinin ziyanına istifadə olunmur.
  • Rəhbər tabeliyindəkilərin, ona bərabər olanların və rəislərin yüksək qarşılıqlı inam ruhuna nail olmağa çalışmalıdır.
  • Rəhbər tabeliyindəkilərin təhsil və təcrübə qazanmaq hesabına daim kamilləşməsinə nail olmalıdır.
  • Rəhbərlərin inama ehtiyacı var ki, onun sözünə və işinə dost və düşmən inansın. İnam olmayan rəhbər kifayət qədər təsir əldə etməyəcək, beləsini təcili vəzifədən kənarlaşdırmaq lazımdır, çünki ona arxayın olmaz olmaz.
  • Rəhbərlik etməyə can atan, hər şeydən əvvəl, tayfa üzvlərinin hörmətini qazanmalıdır. Onu şərəf və vicdanla qazanmaq üçün isə mütləq güclü istək olmalıdır.
  • Rəqabət ruhu olmayan lider zəifdir və ən kiçik problemdə asanlıqla təslim olur.
  • Rəqiblərinizə də hörmət etməlisiniz. Əgər siz onların qabiliyyətini, təsirini və potensialını nəzərə almasanız, onlar sizin qarşınızda üstünlük əldə edəcəklər
  • Seçdiyiniz düşmənin hansısa üstünlük əldə etməsinə heç vaxt imkan verməyin.
  • Səbəb olmadan özünüzdən çıxmayın.
  • Siz, hətta müqavimət və əks fəaliyyət qarşısında geri çəkilməməlisiniz.
  • Siz həvəslə belə bir adi həqiqəti qəbul etməlisiniz ki, özünüz qüsurlardan xali deyilsiniz. Və bu gün dünənkindən yaxşı başçı olmaq üçün hər gün çalışmalısınız.
  • Siz hörmət və təşəkkür gözləmədən xidmət eddikləriniz və sizə xidmət edənlər üçün könüllü qurban verməlisiniz.
  • Siz mürəkkəb problemləri həll edərkən, ilk növbədə, sağlam düşüncəyə əsaslanmalısınız.
  • Siz nə şöhrət, nə də təşəkkür gözləmədən xidmət etdikləriniz və sizə xidmət edənlərin naminə könüllü qurban verməlisiniz.
  • Sizi müvəffəqiyyətlər qazanmaq ehtirası incitməlidir – özünüzü və Hunlarınızı zirvəni fəth etməyə tələsdirən ehtiras.
  • Sizin şəxsi diqqətinizi tələb edən vəzifələri heç bir halda başqasına həvalə etməyin.
  • Tanrı yoldan çıxan millətləri cəzalandırmaq üçün bizi göndərir.
  • Uğur qazanan başçıya gözüaçıqlıq, qətiyyətlilik, enerji, aydın məqsədlilik, ehtiyatlardan ağıllı istifadə etmək və işə sadiqlik lazımdır.
  • Vahidlik ruhu bütün qıpçaqların hərəkət və əhvalını idarə edən kardinal prinsip olmalıdır. Biz bölünsək, yad millətlər bizi asanlıqla tabe edəcəklər.
  • Vaxtı diqqətlə izləyin. Danışıqlar anında rəqibin vəziyyətini başa düşərək cəlbedici alternativ təkliflər verin, yoxsa о sizin bütün təkliflərinizi rədd edəcək.
  • Yenilməz və rəhmsiz düşmənlə razılaşmağa cəhd edərkən gücə arxayın olmayın. Yaxşısı budur ki, onu daha güclü vasitələrlə ram edəsiniz.
  • Zərbə vuran cəsarətlidir!
  • Zərbəni kim vursa, igid odur.

Mənbə

redaktə
  • http://www.nadir-ahmedov.com/8.html. Tanrının qamçısı" – Hun hökmdarı Attila, onun önündə diz çökən isə xristian dünyasının dini başçısı papa I Lео idi…

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Murad Adcı. Türk və dünya:munis tariximiz. Bakı,2006/