İstiqlaliyyət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ancaq dövlətçilik uğrunda öz mübarizəsində birləşmiş xalqlar istiqlaliyyət qazanacaqlar. Çünki ancaq onlar birlik və dəyanətdən doğan ideallarına və özlərinə inama malik ola bilərlər. Məhəmməd Əmin Rəsulzadə
- Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Heydər Əliyev
B
redaktə- Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir. İlham Əliyev
- Bizim düşmənlərimiz, azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. Budur camaat, bugünkü izdiham, bügünkü şadlıq istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər. Məhəmməd Əmin Rəsulzadə
- Bu istiqlaliyyətin enerjimizi və qanımızı əsirgəmədiyimiz mübarizə nəticəsində əldə edildiyini heç bir Konqolu heç vaxt unuda bilməyəcək... Bizim bildiyimiz ironiyalar, təhqirlər, zərbələr var, səhər, günorta və gecə var, çünki biz zənci idik. Biz torpaqlarımızın yalnız güclülərin haqqını tanıyan qanunlar adı altında talan edildiyini görmüşük. Qaradərili və ya ağdərili ilə bağlı olub-olmamasına görə fərqlənən qanunlarımız məlumdur. Siyasi fikirlərinə və ya dini etiqadlarına görə həbs olunanların, öz ölkələrində sürgün edilənlərin dözülməz əzablarını bilirik. Onların taleyi ölümün özündən də pis idi. Bu qədər qardaşımızın həlak olduğu tüfəng atəşini və ya müstəmləkəçilərin hökmranlıq etmək üçün istifadə etdikləri ədavət, zülm və istismar rejiminə boyun əymək istəməyənlərin vəhşicəsinə atıldığı həbsxanaları kim unudar? Patris Lumumba
- Patris Lumumba 30 iyun 1960-cı ildə Leopoldvildə Konqonun Müstəqilliyinin elan edilməsi mərasimində.
H
redaktə- Hansı daha dəhşətlidir – əldəqayırma vətəpərvərin və ya qonaqpərvər əcnəbinin iştirakçısı olduğu faciə və ya komediya? Siz nə istəyirsiniz – konstitusiyalı hökumət, məhdud idarəçilik və ya parlament? Arzu etdikləriniz elə bunlardır?! Ey şərqlilər, onların hamısı (əldəqayırma vətəpərvər və ya qonaqpərvər əcnəbi – tərc.) hökuməti, konstitusiya və parlamenti məhdudlaşdırır və bunu guya sizin mənfəətiniz üçün etdiklərini bəyan edirlər. Bu, azad Avropa siyasətinin istiqlaliyyət və azadlıq arzusunda olan Şərqə bəxş etdiyi hədiyyədir. Bu, sadəcə köhnə yeni Şərqi ovunduran bir təsəllidir. Əmin ər-Reyhani
İ
redaktə- İnsaf və mərhəmət dilənməklə millət işləri, dövlət işləri görülməz: millət və dövlətin şərəf və istiqlaliyyəti təmin edilməz. Mustafa Kamal Atatürk
M
redaktə- Millətin şərəfli olması onun istiqlalyyət əldə etməsidir. And olsun şərəfimə! O xalqın ki, istiqlaliyyəti yoxdur, şərəfi də yoxdur. Şeyx Məhəmməd Xiyabani
- Milli varlıqları qoruyan və bu varlığın ayrılmaz haqqı olan siyasi istiqlaliyyəti üçün çarpışan məhkum millətlətdə olduğu kimi, Azərbaycan millətçiliyi də ümumi hüriyyət prinsiplərinə bağlıdır. Məhəmməd Əmin Rəsulzadə
Ö
redaktə- Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək heç bir qüvvə yoxdur. Mixail Kalinin