Aşıq

saz ifaçısı

Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aşıq dünyası bənzərsiz bir dünyadır, bu dünyanı sevmədən azərbaycanlıyam demək ən azı özünü aldatmaq deməkdir. — Vaqif Abbasov
  • Aşıq olub diyar-diyar gəzənin,
    Əzəl başdan pür-kamalı gərəkdi.
    Oturub durmaqda ədəbin bilə,
    Mərifət elmində dolu gərəkdi. — Aşıq Ələsgər
  • Bizim aşıqlar heç vaxt nəzmlə dastan bəstələməyiblər, bu dastanların hamısı azərbaycanlıdır. Türk dilində (azərb.) bayatılardan istifadə etməyimizin səbəbi odur ki, bu dildə istədiyiniz qədər ikili və çoxmənalı məna daşıyan sözlər var. Erməni xalqı və onun aşıqları türkçə (azərbaycan) dilində danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma dil kimidir… Ona görə də biz türkçədə (azərbaycanca) oxuyuruq.[1]
    • Yazıçı Qazaros Ağayan
  • Erməni aşıq yaradıcılığının yalnız kiçik, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Aşıqlarımız həyat və məişət hadisələrini nağıllarda, öz nəğmələrində tərənnüm edərkən Azərbaycan dilinə üstünlük verirlər, çünki bu dil daha rəvan, ifadəli və zəngindir, nəinki erməni dili … erməni aşıq sənətinin kiçik, hətta əhəmiyyətsiz hissəsinin ədəbiyyatımıza aid olduğunu söyləmək olar. Böyük əsərlərin (dastanlar, qəhrəmanlıq nağılları) əksəriyyəti Azərbaycan dilində yaradılıb.
    • Professor Leo, əsl adı Arakel Qriqoryeviç Babaxanyan (erməni tarixinə dair bir neçə böyük əsərin müəllifi, erməni kilsəsinin və erməni milyonçularının pulu ilə əmələ gələn mifik erməni tarixinin yaradıcılarından biri)
  • Milli mədəniyyətin təşəkkülü prosesində islam dünyagörüşü poetik təfəkkürün əsas mənbələrindən biri olmaqda davam edir: möhtəşəm aşıq sənəti o zaman təşəkkül tapır ki, türk ozan mədə-niyyəti ilə İslam dünyagörüşü arasında, əlbəttə, birincisinin üstün-lüyü şəraitində və bazasında tarixi tipoloji bağlılıq yaransın. Aşıq sənəti isə milli Azərbaycan mədəniyyətinin əsaslarını təşkil edir və ya belə bir potensiala malik olur. Nizami Cəfərov
  • Muğam, ozan-aşıq musiqisi bünövrəsində inkişaf edən musiqimiz şərqin ilk opera və baletini, simfonik muğamlarını, caz-muğam sintezini və s. yaratmışdır.[2][3]Ələddin Allahverdiyev
  • "Şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən Aşıq Ələsgər dodaqdəyməz, dildönməz, müstəzad təcnis, ərəb əlifbasının 28 hərfinin sıralandığı "əlif-lam" yaratmaqla Azərbaycan aşıq şeiri tarixində belə formalı şeir şəkillərinin əsasını qoymuşdur".[4] İslam Ələsgər
  • Şikəstə və bayatıya aşıq dəstəsinin dəstgahı demək olar. Çünki bu növ musiqi təğənnisi əsil onların sənətidir. [5]
  • Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, vacib, taleyüklü xidməti, rolu onun təkcə möhtəşəm müsiqi əsərləri yaratmasında deyil, uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqisimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən edərkən, qərb musiqi məktəbinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərkən ilk növbədə öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmasındadır.[2][3]Ələddin Allahverdiyev
  • Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor –koranə təqlid və təkrarı deyildir. Osman Sarıvəlli

İstinadlar

redaktə
  1. [1]Об армянской нации, языке и культуре из уст самих армян
  2. 2,0 2,1 “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı”. Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018-05-28)
  3. 3,0 3,1 “Türk dünyası ağsaqqalları” qəzeti, 30 may - 05 iyun, №11(199), 2018, səh. 4-5.
  4. İslam Ələsgər, "Sazlı-sözlü Göyçə" (II kitab), Bakı, "Elm və təhsil", 2018. Səh. 5
  5. Ü.Hacıbəyov, 1965, s.242

Xarici keçidlər

redaktə