Aşiq eşqinin hökmü altına əqlinin ölçüsündə girməlidir. İbn Ərəbi
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə bölüşmək istəyir. Əbu Turxan
Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır. Şəms Təbrizi
Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
Aşiq olmayan insan meyvəsiz ağaca bənzər. Yunus Əmrə
Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. Marsel Prust
Aşiq olmuş kişi, aciz bir səhnəyə bənzəyir. Aqata Kristi
Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
Bir qadın kişinin yanında gözlərini bağlayırsa aşiq Olur, kişi gözlərini bağlayırsa, qadın alver edir. Bob Dilan
Birinə gününün necə keçdiyini soruşanda, bunu soruşmağının səbəbi öz gününü danışmaq istəməyindir. Birinə aşiq olmağının səbəbi, onun sənə aşiq olmasını istəməyindi. Çak Palanik
Birisi aşiq olarkən, özünü aldatmaqla başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir. Oskar Uayld
Bütün aşiqlər divanədir. Amma bütün divanələr aşiq deyil. Əbu Turxan
Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. Haruki Murakami
Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. Əbu Turxan
Kimə gözəl bir söz söyləsəm ona aşiq olduğumu fikirləşir. Halbuki mən onlara yox, o sözü söyləyərkən xəyal etdiyim insana aşiqəm. Ceyhun Yılmaz
Kişi gözləri ilə aşiq olur, ancaq qulaqları ilə peşman olur. V. Vasilyeviç.
Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal dünyasına köç edir. Əbu Turxan
Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb. Jorj Sand
Sevgili aşiqin qəlbindədir. Fəqət aşiq sevgilinin özündə olduğunu bilməz, onu yenə kənardakı sevgili vasitəsi ilə tanıyar. İbn Ərəbi
Sevmək, sevməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır. Fransua de Laroşfuko
Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır. Əbu Turxan
Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz. Qabriel Qarsiya Markes