Avropalılar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- ABŞ başa düşməlidir ki, avropalılar vassallar deyil, tərəfdaşlardır. Helmut Kol
- Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlаqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istеdаd və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla
- ...Avropalı başqa Avropa dilini asanlıqla öyrənə bilir... nəinki rus dilini... deməli, bədii nə varsa, məncə Avropaya bəlli deyil. Fyodor Dostoyevski
- Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir. Viktor Hüqo
- Avropalılar yaponlarla yaxından tanış olduqca, yapon həyat tərzi və quruluşuna diqqətlə baxdıqca, onlara aydın olur ki, Yaponiyanın simasında tamamilə yeni, tam müstəqil ruhlu, mükəmməl və dərindən işlənib qaydaya salınmış bir ölkə görürlər. Avropalılar, xüsusən, belə bir cəhətə mat qalırlar ki, ucqar şimal bölgəsindən tutmuş cənubadək Yaponiyanın bütün ərazisində tamamilə eyni ailə və ictimai məişəti anlayışı, dünyagörüşü, meyl, arzular mövcuddur.
- Q.Vostokov, “Yaponiyanın ictimai, ailə və dini məişəti”. Sankt-Peterburq, 1904.
B
redaktə- Bəzi amerikalılar və ya avropalılar Yaponiyanı Asiyanın həqiqətən amerikalaşdırırlmış, yaxud avropalaşdırılmış birinci ölkəsi sayırlar. Qərbdə çoxları son yüz il ərzində Yaponiyada baş vermiş dəyişiklikləri göstərərək belə hesab edirlər: yaponların özləri də o qədər dəyişmişlər ki, amerikalılara və ya avropalılara oxşamağa başlamışlar, yalnız coğrafi təsadüfə görə yaponlar asiyalı sayılırlar. Lakin bu obraz yanlış təsəvvürdür, yapon həyatının bəsit hadisələrinin təcəssümüdür. Mahiyyəti isə yapon mədəniyyətində və tarixində dərin kök salmış baxışlardan, adətlərdən, vərdişlərdən, qaydalardan doğur. Yapon ənənəsinin özəyi əvvəllər olduğu kimi yenə də yaponların gündəlik həyatına , ölkənin siyasətinə istiqamətverici təsir göstərir. Bu özək xarici təsirlərə məruz qalmışdır. Qərbin təsiri Yaponiyanın simasını dəyişdirmiş, lakin yaponların beyninə və qəlbinə girə bilməmişdir.
- H.Riçard ,“Yaponiya: obraz və gerçəklik”. Nyu-York, 1969.
- Bilirsiniz avropalılar mənim əsərlərimi nə üçün əxlaqsız adlandırırlar? Çünki mən onları olduqları kimi təsvir edirəm. Oskar Uayld
- Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın… Əli bəy Hüseynzadə
- Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar. Məhəmmədhüseyn Şəhriyar
T
redaktə- Təbriz böyük şəhərdir... Başqa şəhərlər və qalalar da çoxdur... Təbriz əhalisi ticarət və sənətkarlıqla məşğul olur, burada çox bahalı zərxara və ipək parçalar toxunur... Təbriz yaxşı yerdədir; buraya Hindistandan, Bağdaddan, Mosuldan... və bir çox başqa yerlərdən əmtəə gətirirlər; buraya Şərq əmtəələri almaq üçün avropalı tacirlər, xüsusilə genuyalılar gəlirlər... Buradan qiymətli daş-qaş da alınır. Daş-qaş burada boldur. Buraya gələn tacirlər çox böyük qazanc əldə edirlər... Şəhər çoxlu dadlı meyvəsi olan gözəl bağlarla əhatə olunmuşdur. Marko Polo