Azərbaycançılıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki, tarixin ən böyük müəssəsi (qurucusu) olan milliyyətin dövlət olmaq üzrə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə başlanmış şanlı bir mücadilədir. Azərbaycançılıq eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır.[1] Məhəmməd Əmin Rəsulzadə
- Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində yaşayırlar. Mən çox şadam ki, qısa bir zaman çərçivəsində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənib. Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olub. Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır. Biz bu işdə böyük uğurlara nail olmuşuq. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır. İlham Əliyev
- Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur. Heydər Əliyev
B
redaktə- Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. İlham Əliyev
- Bundan sonra müstəqil və milli Azərbaycanın müqəddaratını sövqi tarixlə idarəyə məmur olacaq firqənin adı Müsavat olmaya bilər, fəqət o firqənin müsavatçı olması zəruridir. Çünki, müsavatçılıq – millətçilik, türkçülük, vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, cümhuriyyətçilik, deməkdir. Məhəmməd Əmin Rəsulzadə
H
redaktə- Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Heydər Əliyev
Ş
redaktə- Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir. Heydər Əliyev
V
redaktə- "Vətənçilik, milli müstəqillik və dirçəliş, tarixi ərazilərin bərpa edilməsi, ana dili, milli-demokratik cəmiyyət quruculuğu kimi məsələlər Cəlil Məmmədquluzadənin azərbaycançılıq prinsiplərinin əsasını təşkil edir.”[2]İsa Həbibbəyli
İstinadlar
redaktə- ↑ [1]"Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. səh.504"
- ↑ İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı: Çinar çap, 2002, s. 45