Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
- Adam adam sayəsində adam olar.
- Adamın gərək dili ilə ürəyi bir ola.
- Adamın tamarzısı, hər kəsin öz arzusu.
- Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
- Allaha əl çatmır, padşaha söz.
- Allahdan buyruq, ağzıma quyruq.
- Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi
- Aman istəyənin boynun vurmazlar.
- Arzu bir, ümid iki.
- Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
- Atın izi itin izinə qarışmaz.
- At ölüb, itlərin bayramıdır.
- Axtaran tapar, yoğuran yapar.
- Ac toyuq yuxuda darı görər.
- Bağbanın könlü olsa, nə gəlib bağda bara.
- Bal tutan barmaq yalar.
- Balıq istəyən özünü suya vurar.
- Başına gələn başmaqçı olar.
- Başını keçəl eləmə, hər keçəlin taleyi bir olmaz.
- Bizim evdə də bir gün bayram olar.
- Boş çanağı vurur dolu çanağa.
- Boyunduruq bilir, öküz nə çəkir.
- Bu arxa bir su gəlib, ümid var bir də gələ.
- Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
- Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
- Qabaqca danışma!
- Qarğa cəmdək üstə yığılar.
- Qoyunu qurda tapşırıb.
- Qulağının dibini görəndə...
- Quyuya su tökməklə quyu sulu olmaz.
- Qurunun oduna yaş da yanır.
- Dağ dağa qovuşmaz, insan insana rast gələr.
- Dama dama göl olar, dada dada heç.
- Diş tutmayanı, dodaq tutmaz.
- Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
- Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
- Dəlidən doğru xəbər.
- Dərdlərə dərman olub, dərmansız qalan canım.
- Dovşanı araba ilə tutur.
- Düzdə gəzdi hərləndi, gəldi dağa dirəndi.
- Elə bil biyara gedir.
- Eşit, inanma.
- Əli aşından da oldu, Vəli aşından da...
- İki qoçun başı bir qazanda qaynamaz.
- İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışır, İlanı Seyidəhməd əli ilə tutur.
- İnək bir, sağan iki.
- İnsan istəsə dağı dağ üstə qoyar.
- İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
- İstədiyini deyən, istəmədiyini eşidər.
- İstədi çıxa dağ başına, daş düşdü sağ başına.
- İstəyənin bir üzü qara, verməyənin iki üzü.
- İstək gözdə olar, məhəbbət ürəkdə.
- İstərəm dosta varam, əlim boş, üzüm qara.
- İt dəmirçi dükanından nə aparar?
- İt də getdi, ip də getdi.
- Yağ yağa qarışdı, yarmalar yavan qaldı.
- Yağışdan çıxdıq, yağmura düşdük.
- Yazıya pozu yoxdur.
- Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.
- Yel aparan yelinki, yerdə qalan mənimki.
- Yeməkdən ümid yaxşıdır.
- Yıxılan ağaca balta çalan çox olar.
- Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.
- Keçənə güzəşt deyərlər.
- Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.
- Könülsüz işin axırı olmaz.
- Köpəyin qarnı tox gərək.
- Kötük üstündə çox budaqlar doğranıb.
- Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.
- Göz görmək üçün, könül seçmək üçündür.
- Göz görmür, üz utanmır.
- Gözü boynunun ardını görəndə...
- Gün batdı - bat, gün çıxdı - çıx!
- Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.
- Nə doğrarsan qabına, o çıxar qaşığına.
- Nə əkərsən, onu biçərsən.
- Niyyətin hara, mənzilin ora.
- Od yanan yerdən işıq gələr.
- Olan olub, keçən keçib.
- Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
- Öz-özünü oda yaxır.
- Öz-özünü bəyənən ağam vay.
- Ölmə eşşəyim, yaz gələr yonca bitər.
- Pis günün ömrü az olar.
- Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
- Samanlıqda iynə axtarır.
- Səbr ilə halva olar, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından.
- Sınan gəmiyə nə külək.
- Suda boğulan saman çöpündən yapışar.
- Tez duranla tez evlənən uduzmaz.
- Toyun axırında zurna belə səslənər.
- Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
- Toyun əvvəlinə getmə, axırına da qalma.
- Toyunda qəlbirlə su daşıyım.
- Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.
- Tula itdən də murdar.
- Ucuz ətin şorbası olmaz.
- Haray üzülən canım, ipə düzülən canım.
- Heç kəsin çırağı axıracan yanmayıb...
- Hər aydınlığın bir qaranlığı var, hər qaranlığın da bir aydınlığı.
- Hər arzu yerinə yetməz.
- Hər quşatan, ovçu Pirim olmaz.
- Hər deyilənə inanmazlar.
- Hərə öz atını minib çapır.
- Hər için öz yeri, hər sözün öz məqamı var.
- Hər parıldayan qızıl olmaz.
- Hər saatın bir hökmü var.
- Çarx dolanır, gün keçir.
- Çıxmayan cana ümid çoxdur.
- Çobanın meyli olsa, təkədən pendir tutar.
- Yanan yerdən tüstü çıxar.