Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
Azərbaycan atalar sözləri Qalın mətn Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
- Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.
- Abırsızdan abrını gözlə.
- Ağa gətirər navala, xanım tökər çuvala.
- Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
- Ağzına çullu dovşan sığışmır.
- Ağıl çox - pul yox, ağıl yox - pul çox.
- Ağıllı olan bir dəfə aldanar.
- Ağır otur, batman gəl.
- Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən can deyər,
Adam var ki, dindirməsən yaxşıdır. - Adam olmayan yerdə adamdır.
- Adamın başına nə bəla gəlsə, dilindən gələr.
- Adı it dəftərində də yoxdur.
- Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
- Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
- Aza qane olmayan, çoxa çatmaz.
- Ay doğar gədiyindən,Utan bir dediyindən.
- Ayı qandı, abid qanmadı.
- Al - ver deyiblər, al vermə deməyiblər.
- Ala itdən məşhurdur.
- Aldığını verməz, bildiyini deməz.
- Alim olmaq asandır, adam olmaq çətin...
- Artıq tamah baş yarar.
- Arı yeyib, namusu atıb dalına.
- Bağa qınından çıxdı, qının bəyənmədi.
- Bazarın bazar, qadam sənə mərdumazar!
- Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
- Başını yarıb, ətəyinə qoz tökür.
- Başından böyük danışma.
- Başı daşa dəyməyincə ağlı başına gəlməz.
- Belə otlayan idin, niyə arıq düşdün?
- Beşdə alacağın yox, üçdə verəcəyin.
- Bədəsil əsil olmaz, boyunca qızıl qala.
- Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.
- Bildiyini babasına da verməz...
- Bir ac qudurar, bir yalavac.
- Bir dadanandan qorx, bir qudurandan.
- Bir versən bir də istər,<br>Yatmağa yer də istər.
- Bir qəpiklik qutab kimi özünü ortaya soxma.
- Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.
- Bir ziyandan min böhtan doğar.
- Bir gözü alça dərir, bir gözü gavalı.
- Bir napakdan qorun, bir də köpəkdən.
- Bir tikəni bilməyən, min tikəni də bilməz.
- Birə bir deyiblər, birə iki deməyiblər.
- Boşdan bir çıxar, bərkdən iki.
- Boyaqxana küpünü azdırma.
- Bu uşaqlıq deyil, şıltaqlıqdır.
- Buğda göstərir, arpa satır.
- Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
- Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
- Burda mənəm, Bağdadda kor xəlifə.
- Burnun girməyən yerə başını soxma.
- Bığdan götürüb, saqqala qoyur.
- Varlılığa tələsən, yoxsulluğa tez düşər.
- Vəz oxumaq asan işdir, əməl eləyən gərək.
- Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.
- Qazan qarası gedər, üz qarası getməz.
- Qazancını it yeyər, yaxasını bit.
- Qaydanı pozan peşman olar.
- Qayınananın gücü qızına çatar.
- Qamış ola, gomuş ola, görməmiş ola...
- Qanmaza qoşulanı qanmaz çağırarlar.
- Qanı qan ilə yumazlar.
- Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
- Qapıdan qovursan, bacadan gəlir.
- Qanmaza hörmət edərsən, deyər: - Məndən qorxur.
- Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
- Kifirə sabun, dəliyə öyüd neyləyər.
- Qarğa özün quş bilir, xaşıl özünü aş.
- Qarğanı qırğı bilir.
- Qarnı tox olan, qayğısız olar.
- Qarın başa bəladır.
- Qarın qardaşdan irəlidir.
- Qarın səndən aşağıdır.
- Qəlb odur ki, qəlbindəkin deməyə...
- Qorğaya öyrənən çərəzsiz qalmaz.
- Qonaq bu il burdadır, gələn il də sərasər.
- Qonağa get deməzlər, altından palazı çəkərlər.
- Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
- Qurddur, qoyun dərisinə girib.
- Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.
- Dağarçığını çuval yanına qoyur.
- Dadanan qudurandan pis olar.
- Dedi - qodu ev yıxar.
- Demək olmur gözün üstə qaşın var.
- Dəymişin qoyub, kalın dərir.
- Dəli qazandı, ağıllı yedi.
- Dəli qırmızı sevər, gic - sarı.
- Dəli dəlini görəndə çomağını yan tutar.
- Dərə xəlvət, tülkü bəy...
- Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
- Dilinin bəlasını çəkir.
- Dilim səni görüm dilim-dilim olasan.
- Dili dost, qəlbi qara.
- Dini yeyib, imanını dalına atıb.
- Diriyə hay verməz, ölüyə pay.
- Dolunu yeyib, boşa təpik atır.
- Duzu yeyib, duzqabını sındırır.
- Dığ-dığ adamı azara salar.
- Eyibli öz eybini bilsə, başına kilim örtər.
- Elə bilir yuxa arasında halva var.
- Elə yerdə otur, altına su çıxmasın.
- Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
- Elə elə ki, nə şiş yansın, nə kəbab.
- Eşşək palçığa bir dəfə batar.
- Əvvəl arxı tullan, sonra bərəkallah de.
- Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.
- Ədəbi kimdən öyrəndin, ədəbsizsən.
- Əzizim əziz, tərbiyəsi ondan əziz.
- Əl qatma harama.
- Əlindən bir iş gəlməyən on danışar.
- Əsli, nəcabəti olmayana qamçı neylər?
- Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.
- Zər ilə olan, zor ilə olmaz.
- Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
- İki canbaz bir ipdə oynamaz.
- İlqarı olmayanın imanı da olmaz.
- İnsan zülmə tabedir.
- İnsan olmayan insan qədrin nə bilər!
- İsti aşa soyuq su qatma.
- İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.
- İçdin üzüm suyunu,<br>Tökdün üzün suyunu.
- İşini möhkəm tut, qonşunu oğru tutma.
- Yanan da mən - yaman da mən.
- Yiyəsinə baxıb atın nallayırlar.
- Yemə namərd çörəyini, axırda başına vurar.
- Yükünü yığdı təpəyə, elə arxa çevirdi.
- Yıxılanı vurmazlar.
- Yuxarı evə baxıb, aşağı evi yıxma.
- Kasıblıq eyib deyil, oğurluq eyibdir.
- Keçi can hayında, qəssab piy hayında.
- Kiminin əvvəli, kiminin axırı.
- Kişi sözü üzə deyər.
- Kişi tüpürdüyünü yalamaz.
- Kişini tez qocaldar axşamdan yatan arvad.
- Kişinin özünə baxma, sözünə bax.
- Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.
- Kor kor, gör gör.
- Kor tutduğun buraxmaz.
- Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
- Köhnə kəndə təzə nırx qoyur.
- Quyu var, suyu yox.
- Külək kimi hərdən bir tərəfə əsmə.
- Gah nala döyür, gah mıxa.
- Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
- Gedər bağlar qorası, qalar üzlər qarası.
- Gedər bu dövran sənə də qalmaz.
- Gəlin bəzənincə toy əldən gedər.
- Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
- Gəmidə oturub gəmiçi ilə vuruşur.
- Goru var ki, kəfəni də ola.
- Gözlərindən qan damır.
- Gözünü qırpdın, sənin deyil
- Gündüz gəzər obanı, gecə sancar dabanı.
- Günü günə satmazlar.
- Gününü düyünləyib göy əsgiyə.
- Nəğdi qoyub, nisyə dalınca düşmə.
- Nadiri taxtda görüb, Süleymanı qundaqda.
- Nə qanır, nə qandırır.
- Niyyətin hara, mənzilin ora.
- Od düşdüyü yeri yandırar.
- Od ilə oynamaq olmaz.
- Od olub aləmi yandırır...
- Oddan kül törər, küldən nə törər?
- Oynamaq bilmir, deyir: yerim dardır.
- Onun üzü - dəvənin dizi.
- Ortada yeyir, qıraqda gəzir.
- Ot kökü üstə bitər.
- Oxun atıb, yayın gizlətmə.
- Öz ağlını özgəyə vermə.
- Özgə evində koxalıq eləməzlər.
- Ölüdən də pay istəyir.
- Ölünün dalınca danışmazlar.
- Örtülü bazar, dostluğu pozar.
- Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
- Pay verdi, dalınca xəbər göndərdi.
- Paxıl artmaz.
- Paxıl olmasan dərdin olmaz.
- Pişiyi bağlayıb süfrə açır.
- Pul verməz, can verər.
- Sayanın quluyam, saymayanın ağası.
- Saman sənin deyil, samanlıq ki, sənindir.
- Sən ağa, mən ağa, inəkləri kim sağa.
- Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
- Sənə vur dedilər, öldür ki, demədilər.
- Sənin ipinlə quyuya girmək olmaz.
- Səhər gedər naxıra, axşam gələr axıra.
- Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
- Siçandan törəyən kəsəyən olar.
- Soğan yeməmisən için niyə göynəyir.
- Su bir yerdə qalanda iylənər.
- Tazıya deyir tut, dovşana deyir qaç.
- Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
- Tutub ucundan, gedir ucuzluğuna.
- Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.
- Uman yerdən küsərlər.
- Hazırın naziri.
- Hamam suyu ilə özünə dost tutur.
- Haram malın bərəkəti olmaz.
- Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver.
- Hələ quyruğu qapı arasında qalmayıb.
- Hər işi tutdun, insafı əldən qoyma.
- Hər kəs nə eləsə, özünə elər.
- Hayasızdan hayanı saxla.
- Çanax öz başında sınar.
- Çatana çatır, çatmayana bir daş atır.
- Çörəyini özü öz ayağı ilə tapdaladı.
- Çörək itirən çörək tapmaz.
- Canavardan qorxan meşəyə girməz.
- Canavarın nə qocası, nə cavanı.
- Cəhənnəmə gedən özünə yoldaş axtarar.
- Cücəni payızda sayarlar.
- Şadlığına şitlik eləmə.
- Şaftalı tabağı kimi ortada durma.