Alim
təbiəti, kainatı və burada baş verən hər cür prosesləri sistematik şəkildə, elmi metodlardan yararlanaraq öyrənməyə çalışan insan
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Alim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. L.Berne
- Alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. Levi Stross
- Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır. Malayal atalar sözləri
- Alim olmaq asandır, insan olmaq – çətin. Azərbaycan atalar sözləri
- Alim, şair, döyüşçü, qaninverici və s. olmaq yaxşıdır, lakin bununla yanaşı, insan olmaq da lazımdır. Vissarion Belinski
- Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir. Xudu Məmmədov
- Alimlə cahilin arasında fərq bircə burasındadır ki, alim nəfsinin cilovunu çəkə bilər, cahil yox. Şəms Təbrizi
- Alimlərə hörmət edən şəxs elə bil mənə hörmət edir. Məhəmməd peyğəmbər
- Alimlərin qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir. Rabiə Abdul əl-Rəhman
- Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. Əbu Turxan
BRedaktə
- Bildiklərinə əməl etməyən alim başqasını geydirdiyi halda özü çılpaq olan iynə kimidir. Muhəmməd Qəzzali
ÇRedaktə
- Çox oxuyan yox, faydalı kitablar oxuyan əsl alim ola bilər. Aristipp.
ERedaktə
- Elm sahilsiz bir dəryadır, alim isə sahilsiz dəryaya almış bir dəryadır. Mövlana Cəlaləddin Rumi
ƏRedaktə
- Əgər alim Bilmirəm kəliməsi barədə qafil olarsa özünü həlak etmiş olar. İmam Məlik
- Əgər alim, öz işini, laboratoriya otağını yığışdıran qulluqçuya izah edə bilmirsə, onda o başa düşmür ki, nə edir. Ernest Rezerford
- Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı. (Hz.Əli ə.s.)
- Əsəri olmayan alim barsız ağacdır. Sədi
HRedaktə
- Heç kim anadan alim doğulmayıb. Tacik atalar sözləri
- Həddən artıq zarafat etmək alim üçün qüsurludur. Sədi
KRedaktə
- Kim ki, alimliyi və ya zəkası ilə öyünür, demək onun nə alimliyi var, nə də zəkası. Ernst Heminquey
PRedaktə
VRedaktə
- Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər. Demokrit
İstinadlarRedaktə
- ↑ Aforizmlər və hikmətli sözlər, Bakı, 2005