Bəsit
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
- Bəzi amerikalılar və ya avropalılar Yaponiyanı Asiyanın həqiqətən amerikalaşdırırlmış, yaxud avropalaşdırılmış birinci ölkəsi sayırlar. Qərbdə çoxları son yüz il ərzində Yaponiyada baş vermiş dəyişiklikləri göstərərək belə hesab edirlər: yaponların özləri də o qədər dəyişmişlər ki, amerikalılara və ya avropalılara oxşamağa başlamışlar, yalnız coğrafi təsadüfə görə yaponlar asiyalı sayılırlar. Lakin bu obraz yanlış təsəvvürdür, yapon həyatının bəsit hadisələrinin təcəssümüdür. Mahiyyəti isə yapon mədəniyyətində və tarixində dərin kök salmış baxışlardan, adətlərdən, vərdişlərdən, qaydalardan doğur. Yapon ənənəsinin özəyi əvvəllər olduğu kimi yenə də yaponların gündəlik həyatına , ölkənin siyasətinə istiqamətverici təsir göstərir. Bu özək xarici təsirlərə məruz qalmışdır. Qərbin təsiri Yaponiyanın simasını dəyişdirmiş, lakin yaponların beyninə və qəlbinə girə bilməmişdir.
- H.Riçard, “Yaponiya: obraz və gerçəklik”. Nyu-York, 1969.
D
redaktə- Dünyada səhv fikir deyilən bir şey yoxdur. Bizim fikirlərimizlə üst-üstə düşməyən fikirlər vardır. Bu qədər bəsit. Haruki Murakami
H
redaktə- Hər şeyin bəsitləşdiyi bir dünyada, bəzən itirmək ən doğru seçimdir. Və o dünyada ən doğru seçim, imtina etməkdir. Adam Faver
Q
redaktə- Qeybət bəsit ruhlu insanların əyləncəsidir. Tomas Kornell
- “Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır. Oşo
M
redaktə- Mənim zövqüm çox bəsitdir. Hər şeyin ən yaxşısı ilə kifayətlənirəm. Uinston Çörçill
- Mifologiya, insanların ətraf aləmdə baş verən və mahiyyətini anlaya bilmədikləri hadisələri izah etmək üçün onların haqqında bəsit düşüncə ilə obrazlı şəkildə uydurduqları fantastik hekayələrdir.[1] Ziya Bünyadov
N
redaktə- Nə edirsinizsə, onu bacardığınız qədər sadə edin, amma qətiyyən bəsit yox. Albert Eynşteyn
- Nə qədər fərqli olursa-olsun, sənə aid olmayana müdaxilə etmə. Nə qədər bəsit olursa -olsun, sənin olandan heç vaxt əl çəkmə. Ernesto Çe Gevara
Ü
redaktə- Üç növ yalan vardır, bəsit yalan, quyruqlu yalan və statistik yalan. Bencamin Dizraeli
Y
redaktə- Yetkin bir adamı özünüzə dost etmək istəsəniz, tənqid edin; bəsit bir adamı özünüzə dost etmək istəsəniz, mədh edin. Sədi Şirazi
Mənbə
redaktə- Xəzinə. Bakı,1997