Bahar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir çiçəyi qətl edə bilərsiniz amma baharı əsla! Ernesto Çe Gevara
- Bir qaranquşla bahar olmaz. Rus atalar sözləri
- Bütün çiçəkləri qopara bilərlər, amma yenə də baharın gəlməsinə əsla əngəl ola bilməzlər. Pablo Neruda
Ç
redaktə- Çox zaman dostluq və düşmənçilik uzun sürüb əbədi olmur. Dostluq da, düşmənçilik də bahar buludu kimi gah yağar, gah da kəsər. Kəlilə və Dimnə
D
redaktə- Dinclik deyilən o şeyin hər santimetrinə ehtiyacım var bu aralar. Mənə bir az bahar lazımdır.. Çox üşüdüm. Maksim Qorki
Ə
redaktə- Əgər qış, "baharı ürəyimdə saxlayıram desəydi", ona kim inanardı?! Cübran Xəlil Cübran
H
redaktə- Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır. Cübran Xəlil Cübran
İ
redaktə- İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır. Həzrəti Əli
Q
redaktə- Qadın ürəyi - bahar havası Yapon atalar sözləri
S
redaktə- Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük. Mövlana Cəlaləddin Rumi
V
redaktə- Vətənin bir qışı, qürbətin yüz baharından yaxşıdır. Azərbaycan atalar sözləri/V