- Bay danışar varından, kasıb: dili-zarından. Tatar atalar sözləri
- Bay varından verməz, kasıb olanın verər. Tatar atalar sözləri
- Bay vergini artıranda kasıb çarığını çıxarar. Qırğız atalar sözləri
- Bayda görəndə "Mübarək olsun!", kasıbda görəndə "Kiminkidir?". Tatar atalar sözləri
- Bayın ağzı "əyri" olsa da, sözü "düz" olar. Türkmən atalar sözləri
- Bayın buxarısı əyri də olsa, tüstüsü düz çıxar. Tatar atalar sözləri
- Bayın dostu çox olar, biyin qulağı. ( Bay - varlı, biy - adi hüquq məsələləri ezrə hakim). Qırğız atalar sözləri
- Baylıq ayırar, yoxsulluq birləşdirər. (Bay - varlı, baylıq - varlılıq). Tatar atalar sözləri
- Baylıq - bir aylıq: gələr də, gedər də. Tatar atalar sözləri
- Bəla gələndə bayın min qoyununa yox, kasıbın bircəsinə gəlir. (Bay - varlı) Qaraqalpaq atalar sözləri