Bir az gözüaçıqlılıq, bir az dərrakə, bir az uğur - zaman və təsadüf- məsələni əsasən həll edən budur. Teodor Drayzer
Bütün ömrü boyu ancaq bir neçə əməliyyatla məşğul olan adamın öz əqli istedadını inkişaf etdirməyə və ya öz dərrakəsini işlətməyə fürsət və ehtiyacı olmur… Belə bir şəxs o qədər kütləşir, cahilləşir ki, insanlar arasında ondan küt və cahilinə rast gəlmək olmaz. Karl Marks
Saysız-hesabsız canlı varlıqlar içərisində insan adlanan varlıqdan başqa heç bir canlı varlığa nə dərrakə, nə də düşünmək qabiliyyəti verilib. Mark Tulli Siseron
Tənhalıq dərrakə üçün təhlükə yaradır, həmçinin məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumatı inanclarla yaşayır və çox güman ki, havalanmış adamdır.[2]Samuel Conson