Deşik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ayaqqabılarımın altı deşik idi, üstü həmişə boyalı idi. Ernesto Çe Gevara
B
redaktə- Bir deşik qayığı batıracaq və bir günah günahkarı məhv edəcək. Con Bunyan
- Biz hamımız deşik qabla xoşbəxtlik mənbəyindən içirik. Qabı dodaqlarımıza yaxınlaşdıranda o demək olar ki, boş olur. Pyer Büast
- Bütün bu müddət boyunca mən düşünürdüm ki, tənha yaşamaqdansa, ölmək yaxşıdır. Lakin bu deşiyə düşdükdən sonra birlikdə sağ qaldığımıza görə xoşbəxtəm. Mən başa düşdüm ki, mən də daxil olmaqla, bu oyundakı hər kəs yaşamaq uğrunda həyatdadır. Sword Art Online
Ə
redaktə- Əgər bir siçan pişiyə gülürsə, deməli yaxınlıqda bir deşik var. Nigeriya atalar sözləri
G
redaktə- Gəncliyimdə ayağımın baş barmağının gec-tez corabımda bir deşik açacağını aşkar etdikdən sonra, bir daha corab geyinmədim. Albert Eynşteyn
Q
redaktə- Qadın ağlı qarşısında qapını bağla- o, pəncərədən qaçacaq; pəncərəni bağla - o, açar deşiyindən çıxacaq; deşiyi bağla- o, bacadan uçacaq. Uilyam Şekspir
- Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən. Azərbaycan atalar sözləri/Q
S
redaktə- Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!. Azərbaycan atalar sözləri/S
Ş
redaktə- Şeytana papış tikir, başına da deşik qoyur. Azərbaycan atalar sözləri/Ş