Demokratik despotizm ən dözülməz olur: o, tiranları yetişdirir. Pyer Büast
Demokratiya despotizmin ən irəli şəklidir. Aristotel
Demokratiya mütləq despotizmi təşkil edir , çünki o, ümumi iradəyə zidd bir icra hakimiyyəti qurur. Hər kəsin fikri fərqli ola bilənin əleyhinə qərar vermək mümkün olduğu üçün hər kəsin iradəsi hər kəsin iradəsi deyil, ziddiyyətli və azadlığa müxalifdir. İmmanuel Kant
Despotizm əsli pozulmuş, cırlaşmış millətlərin qismətidir; onlar ona layiqdirlər və onu hiss etmədən ona məruz qalırlar. Pyer Büast
Despotizm, yalan inancdır və onun sirri bütün milləti bir adama bağlamaqdan ibarətdir. Pyer Büast
Fəlsəfə və tibb insanı heyvanlardan ən ağıllısı etdi; fala baxma və astrologiya (münəccimlik) - ən düşüncəsiz; mövhumat və despotizm - ən bədbəxt. Sinoplu Diogen
İgidlik dövləti yaradır, fəzilət onu qoruyur; cinayətlər dövləti namussuzluğa, laqeyidlik və qeydsizlik isə onu despotizmə aparır. Onore Mirabo
İngiltərədə tək bir din olsaydı, despotizm təhlükəsi olardı, iki din olsaydı, bir-birinin boğazını kəsərdilər, amma otuz dindar dinc və xoşbəxt yaşayırlar. Volter
Nə inqilablar, nə konstitusiyalar, nə müstəqillik, nə də despotizm heç bir xalqa onda olmayan keyfiyyəti verə bilməz. Qustav Lebon
Nə qədər ki, həyat rahatlığı çoxalır, incəsənət mükəmməlləşir, dəbdəbə , cah-calal yayılır, əsl cəsarət sönür, hərbi şücaətlər yox olur; və bütün bunlar kabinetlərin kölgəsində inkişaf edən elmin və incəsənətin işidir. Müharibə və fəth bir tərəfdən, dərin despotizmin digər tərəfdən bir-birinə qarşılıqlı kömək etdiyini başa düşmək çətin deyil. Başqa millətləri fəth etmək üçün qullardan ibarət bir xalqdan istənilən qədər pul və insan almaq olar. Müharibə, eyni zamanda pul toplamaq və xalqı qorxuda saxlamaq üçün çox saylı ordunu daim saxlamaq kimi bir bəhanədir. Jan Jak Russo