Əfqanlar öz müqəddəratını təyinetmə hüququnu xalqımız üçün məqbul olan demokratik və ya ənənəvi mexanizm vasitəsi ilə bərpa etmək istəyirlər.… Bu nəcib məqsədə doğru getməyə hazırıq. Bunu bəşəriyyəti dözümsüzlük, zorakılıq və fanatizm bəlasından qorumaq vəzifəmizin bir hissəsi olaraq qəbul edirik. - Əhməd Şah Məsud[1]
Keçmişin canilərinə, xurafatın və fanatizmin məşhur banilərinə, səcdəgahda əlinə bıçaq alıb onların əqidəsini qəbul etmək istəməyən inadcıl adamları qurban verənlərə qarşı səsimizi niyə qaldırmayaq? Volter
Mollanəsrəddinçilik - gerilik, nadanlıq və fanatizmin karikaturasıdır.[2]
İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
Müsəlman xalqların mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün «Kəmallüddövlə»ni yazmağa başladım.[3]Mirzə Fətəli Axundov