Mirzə Fətəli Axundov
Azərbaycan dramaturqu, yazıçı, maarifçi, şair, materialist filosof və ictimai xadim
Mirzə Fətəli Axundov — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu, ictimai xadimi və dramaturqu.
Mirzə Fətəli Axundov | |||
![]() | |||
Tam adı | Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov | ||
Doğum tarixi | 12 iyul 1812 | ||
Doğum yeri | Şəki | ||
Vəfat tarixi | 10 mart 1878 (65 yaşında) | ||
Vəfat yeri | Tiflis | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə.
D redaktə
- ...Daha уаxşı olar ki, ərəb əlifbasını ləğv edək. Аvropa yazı üsuluna keçək, yəni soldan sağa yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək. Mənim belə təklifim İstanbul alimlərinin və vəzirlərinin xoşuna gəlmədi. Və mən öz məqsədimə nail olmayaraq, mükafat olaraq Məcidiyyə ordeni alıb geri qayıtdım.
- İstanbuldaki apardığı müzakirə haqqında şərhi[1]
- Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz.
- Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqabilində əldə etmək olar.
Ə redaktə
- Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.[2]
- Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın.[3]
F redaktə
- Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun.
- Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.
H redaktə
- Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.
- Hünər və ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir.
İ redaktə
- İnsan öz həmvətənləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.
M redaktə
- Mənim xalqımı rəzil edən o bayquşları (mollaları) tabutum üstündə ulaşmağa qoymayın!
- ...Müsəlman xalqların mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün "Kəmallüddövlə"ni yazmağa başladım.[4]
P redaktə
- Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.
- Politika - səltənəti və məmləkəti idarə etməklə bağlı olan, səltənətin və məmləkətin mənafeyini və səlahiyyətlərini nəzərə alan işlərdir, bir də bunlar barədə elmdir.
S redaktə
- Sağlığında xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir.
- Sərxoşluq əxlaqi cəhətdən pozulmağın ən eybəcər əlamətidir.
- Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, imlanın düzgünlüyü olmalıdır.[5]
Ü redaktə
- Ümmətin rahnuması tərbiyədir,
Millətin pişvası tərbiyədir.
Y redaktə
- Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər?
- 1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni əlifbası haqqında[6]
İstinadlar redaktə
- ↑ Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 38
- ↑ Babək kimdir- peyğəmbər, hökmdar, kommunist, yoxsa…
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 41
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 310
- ↑ Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 37-38