Frans Kafka

XX əsrin ən böyük yazıçılarından biri

Frans Kafka (Almanca Franz Kafka, 3 iyul 1883 - 3 iyun 1924) 20-ci əsrin yəhudi mənşəli, Avstriya yazıçı. Əsərlərinin əksəriyyəti ölümündən sonra nəşr olundu.

Frans Kafka



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.
  • Ayaq basdığın yerin ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.
  • Azadlıq ən yüksək duyğulara aid edildiyindən, azadlıq haqqında yalan da yüksək hesab olunur.

BRedaktə

  • Bacardığım hər şeyi tənhalığıma borcluyam.
  • Biganəlik ruhun xərçəngidir.
  • Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır.
  • Bir qəfəs quş axtarmağa çıxmış
  • Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Bunun ucbatından dilənçiyə çevrilirik.
  • Biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk.
  • Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.

CRedaktə

  • Camaat heç kəsə qeydi-şərtsiz sədaqətli deyil.

ÇRedaktə

  • Çox az adam dilini dinc qoya bilir.

DRedaktə

  • Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.
  • Dünya ilə arandakı müharibədə dünyanın yanaında ol
  • Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür.

ƏRedaktə

  • Ədəbiyyatdan başqa hər şey məndə ikrah doğurur.
  • Əfsanələr izahedilməzi izah etmək üçündür.
  • Əgər bir kişinin gözləri bağlanıbsa, onu sarğıdan baxmağa istədiyiniz qədər həvəsləndirə bilərsiniz, lakin o, heç vaxt heç nə görməyəcək.
  • Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki?
  • Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.
  • Əsl sənət xalis güzgüdür, ancaq о hərdən saat kimi qabağa qaçır.
  • Əvvəllər suallarıma niyə cavab ala bilmədiyimi anlaya bilmirdim, indi isə sual soruşa biləcəyimə necə inana bildiyimi anlaya bilmirəm. Amma gerçəkdə inanmırdım ki, soruşurdum sadəcə.

GRedaktə

  • Gənclik hər şeyə yaxşı nəzərlə baxır.
  • Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır.
  • Gözəlliyi görmək və duymaq bacarığım qoruyub saxlayanlar heç zaman qocalmırlar.
  • Gülüş arzu olunan qonağımızdır.

HRedaktə

  • Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.
  • Həqiqət həmişə uçurumdur. Üzgüçülük hovuzunda olduğu kimi, mənasız gündəlik təcrübənin titrəyən tramplinindən sıçrayıb dərinliklərə batmağa cəsarət etməli, sonra yenidən yüksəlmək - gülmək və nəfəs almaq üçün mübarizə aparmaq - əşyaların indi ikiqat işıqlı səthinə qalxmaq lazımdır.
  • Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa əldə etmək mümkün de­yil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür.
  • Həqiqətsiz həyat mümkün deyil, bəlkə də, həqiqət özü həyatdır
  • Həqiqi düşməndən həddsiz bir cəsarət axar içinizə.
  • Hər bir inqilab buxarlanır və geridə yalnız yeni bürokratiyanın lil qalıqları qalır.
  • Həyat hər zaman diqqətimizi yayındırır və onun nədən olduğunu fərq etməyə vaxtımız belə yoxdur.

İRedaktə

  • İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməlikdi yəni hərəkərsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir.
  • İlk təəssürat keçicidir.
  • İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və tənbəllik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular, tənbəl olduqlarına görə, qayıda bilmirlər.
  • İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər.
  • İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salır.
  • İstədiyin zaman tənha qalmaq xoşbəxtliyin ən əsas maddələrindən biridir.

KRedaktə

  • Kitab içimizdəki donmuş dənizə endirilmiş bir baltadır.

QRedaktə

  • Qapımın ağzına atılan məktubların üzərindən atlayıb keçirəm hər gün, Açmıram. Oxumuram.. daha çoz gözləyim deyə
  • Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünkü göy üzü qarğaların yoxluğu deməkdir.
  • Qəfəslərin biri quş axtarmağa gedib.
  • Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür.
  • Qiyamət gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir.

MRedaktə

  • Mən ya başlanğıcam, ya da son.
  • Məncə istədiyin zaman tənha qalmaq xoşbəxtliyin ən əsas məddələrindən biridir.
  • Materialın xassəsi onda olan elektronların sayı ilə təyin olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır.
  • Müəyyən bir nöqtədən sonra geri dönüş yoxdur, ama bu nöqtəyə gəlib çatmaq lazımdır
  • Müsbət hərəkət eləməyi bizdən xaiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir.

NRedaktə

  • Necə yaşayırsa elədə ölür insan

ORedaktə

  • Oxuduğumuz kitab yaxamızdan yapışıb bizi silkələmirsə, nəyimizə lazım?
  • Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər.

ÖRedaktə

  • Ölüm sinif divarından asılmış “İsgəndər müharibəsi” kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.
  • Ölümün olduğu dünyada heç nə ciddi deyil.
  • Özümdən başqa heç bir əskiyim yoxdur.
  • Özünü insanlığa baxaraq sına. Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq.

PRedaktə

  • Paltom belə çiynimə ağırlıq edirsə, qosqocaman dünyanı necə daşıyaram?
  • Pisə bir dəfə qapını aç, özünə inanılmasını gözləməz belə
  • Poeziya həyatı bəzəyir, başqa cildə salır...

SRedaktə

  • Sevdiyin hər şeyi tez və ya gec itirəcəksən, amma axırda sevgi başqa bir surətdə geri dönəcək…
  • Sən həll olunacaq misalsan. Ancaq ətrafda heç bir şagird yoxdur.
  • Sən mənim ürəyimin həm sakitliyi, həm də qarışıqlığısan; sən bu vəziyyətdə olanda mənim ürəyimin döyüntüsünü təsəvvür et.
  • Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil.
  • Sənət — yalnız həqiqət arxasınca yol gedən bir ekspedisiyadır.

ŞRedaktə

  • Şəhvani eşq İlahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça İlahi eşq olduğuna görə də eləyə bilər.
  • Şəxsi miskinliyimə haqq qazandırmaq üçün mən yan-yörəmi əslində olduğundan güclü təsvir edirəm. Əlbəttə ki, bu yalandır. Mən axı hüquqşünasam, buna görə şərdən qaça bilmərəm.

İstinadlarRedaktə