Heyranlıq
Citazioni sull'ammirazione.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağrınız idrakınızı əhatə edən qabığın qırılmasıdır... Və ürəyinizi həyatınızın gündəlik möcüzələrinə heyranlıqla saxlaya bilsəniz, ağrınız sevincinizdən daha az ecazkar görünməzdi. Cübran Xəlil Cübran
B
redaktə- Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz. Marsel Prust
H
redaktə- Heyranlıq, başqasının bizə bənzədiyini nəzakətlə qəbul etməyimizdir. Ambroz Birs
- Həsəd dilləri açır, heyranlıq bağlayır. Onore de Balzak
- Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. Bertran Rassel
İ
redaktə- İnsanın ağlı həmişə anlaşılmaz şeylərə can atır, sanki karyerasının məqsədi və cənnətin açarı var; çünki yalnız insan heyran ola bilər və heyranlıq doğuran hər şey Allahın elçisidir. Klemens Brentano
- İnsanlarla və əşyalarla daha yaxından və ətraflı tanışlığın bizim heyranlığımızı azaldacağı və ya yalnız qeyri-müəyyən və yarı tanış olmayan şeylərin əzəmətli görünə biləcəyi nə qədər tez-tez söylənsə də, yenə də buna tamamilə inanmamalıyıq. Və burada, bir çox başqa şeylərdə olduğu kimi, insanı qürurlandıran bilik deyil, yalnız kiçik bir bilikdir və tanınan bir obyektə heyranlıq əvəzinə, onu tanıyana heyranlıq yaradır. Tomas Karleyl
- İrq və millət olaraq məncə Türklər geniş imperatorluqlar içində yaşayan qövmlərin ən zadəganı və öndə gələnidir. Dini, sosial və ənənə fəzilətləri, bitərəf olanlar üçün təqdir və heyranlıq qaynağıdır. Alfons de Lamartin
N
redaktə- Nikah sevgidən daha çox önəm kəsb edir. Burda əsas olan- hörmətdi. Lakin, onu heyranlıqla səhv salmaq lazım deyil. Aqata Kristi
R
redaktə- Rolları tədqiq edərkən.
- «Düzünü desəm, heç bilmirdim ki, «Alatoran» - kitabdır. Məni məlumatlandırdığına görə Eşli Qrinə təşəkkürümü bildirirəm. O bir dəfə məndən soruşdu: «Sən kitabları oxudun?» Məndə həmişəki kimi… «Hansı kitabları?» Yaxşı ki, kitablar asan yazılıb, ona görə hər şey normaldı. Emmet özü elə sadə oğlandır ki, onu oynamaq sadəcə olaraq heyranlıq doğurur» Kellan Lats
T
redaktə- Tarentli Arxitin təkrarlamağı sevdiyi sözlər ədaətli sözlərdir: “Əgər kimsə göylərə qalxıb kainatın nəhəngliyini, gözəlliyini görə bilsəydi, bu tamaşa ona heç bir sevinc gətirməzdi. Amma o gördüyünü başqasına danışa bilsəydi, bunu çox heyranlıqla edərdi”. Təbiət tənhalığı sevmir. Mark Tulli Siseron
Y
redaktə- Yalançı alimlər müdriklərdə həqarət, nadanlarda heyranlıq doğururlar. Klod Adrian Helvetsi