Lao-tszı

Lao Tszı - Çin mütəfəkkiri.

Lao Tszı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Ağıllı adam yarışmaz, beləcə kimsə ona qarşı qazana bilməz.
  • Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəkikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilərsən.
  • Az danışan məqsədinə boşboğazdan tez çatar.

BRedaktə

  • Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə əzəmətlidir.
  • Başqalarını tanıyan şəxs bilikli, özünü tanıyan şəxs isə ağıllıdır.
  • Bayırdan yumşaq, içəridən isə bərk olmaq, bayırdan bərk, içəridən yumşaq olmaqdan daha yaxşıdır.
  • Bilənlər danışmır, danışanlar bilmir.
  • Bilmədiyini bilmək ən yaxşısıdır. Bilməyib də bildiyini sanmaq təhlükəli bir xəstəlikdir.

ÇRedaktə

  • Çətin işin öhdəsindən gəlinməsi asandan başlanır, böyüyün həyata keçirilməsi kiçikdən başlanır, çünki dünyada çətin asandan yaranır, böyük isə -kiçikdən.
  • Çətinliklərin öhdəsindən gəlmək yüngüldən, əzəmətliliyin həyata keçməsi azacıqdan başlayır, ona görə ki, dünyada çətinliklər asanlıqdan, əzəmətlilik isə azacıqdan törənir.
  • Çox bilmək və özünü çox bilən kimi göstərmək - əxlaqi yüksəlişdir.

DRedaktə

  • Doğru sözlər öz əks tərəfinə oxşayır.
  • Dünyada heç bir şey su qədər yumşaq və incə deyil, lakin böyük qayalar kimi sərt və sabit şeyləri, onlardan daha yaxşı heç bir şey onlar kimi gözəl qıra bilməz və parçalayamaz.
  • Düşüncələrinizdə diqqətli olun, onlar əməllərin başlanğıcıdır.

ƏRedaktə

  • Əgər siz öz müvəffəqiyyətlərinizi digərlərinin tərifləri və məzəmmətləri ilə ölçürsünüzsə, sizin həyəcanınız sonsuz olacaq.
  • Ən böyük bədbəxtlik hər şeydən narazı qalmaqdır.[1]
  • Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər.

HRedaktə

  • Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə.
  • Həyat qısadır - ona görə də vaxt itirməyə dəyməz, ondan həzz almaq lazımdı.

XRedaktə

  • Xalq ona görə aclıq çəkir ki, dövlət vergiləri çox böyük və ağırdır. Xalqın fəlakətlərinin səbəbi məhz budur.
  • Xalqın biliyi çox olanda onu idarə etmək çətindir.

İRedaktə

  • İnamı zəif olan başqalarında da inam oyada bilməz.
  • İnsanları bilən - müdrikdir, özünü bilən - maarifli (bilikli, ziyalı).
  • İnsanları öz arxanca aparmaq istəyirsənsə, onların arxasınca get.

KRedaktə

  • Kim ki düşünür - o hər şeyi dərk edir, deməli, heç bir şeyi bilmir!
  • Kim sizi hirsləndirir, o da sizi idarə edir.

QRedaktə

  • Qanun və qərarların çoxluğu cinayətlərin az olması demək deyildir, əksinədir.

LRedaktə

  • Ləyaqətlilərin qanunu - yaxşılıq edib və savaşmamaqdı.

MRedaktə

  • Mənim üç xəzinəm var. Onları göz bəbəyi kimi qoruyuram. Birincisi sevgi, ikincisi qənaət, üçüncüsü təvazökarlıqdır. Yalnız aza qənaət edən insan comərddir, təvazökar olan insan da insanları yaxşı idarə edir.
  • Mənə yaxşılıq edənə yaxşılıq edəcəyəm, pislik edənlərə isə öz sevgimi yetirməklə onları yaxşılıq yoluna sövq etməyə çalışacağam.
  • Minlərlə kilometrlik bir səfər belə, tək bir addımla başlar.
  • Minlərlə kilometrlik bir səyahət ilk addımla başlar.
  • Müharibədə ən əhəmiyyətli şey sürətdir.

ÖRedaktə

  • Öz düşüncələrinizə qarşı ehtiyatlı olun, onlar - əməlin başlanğıcıdır.

PRedaktə

  • Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla. [2]

SRedaktə

  • Sizi idarə edənlər - sizi qəzəbləndirənlərdi.
  • Sudan daha yumşaq və incə başqa bir şey yoxdur, lakin önünə çıxan hər şeyi sürüyəcək və parçalayacaq qədər güclüdür.

ÜRedaktə

  • Üzdən sərt və daxildən yumşaq olmaqdansa, üzdən həlim, daxildənsə möhkəm olmaq yaxşıdı.

YRedaktə

  • Yaxşı adam həyatını, axan su nümunəsində olduğu kimi təqib edərək formalaşdırır. Su ayrı-seçkilik etmədən bütün varlıqlara eyni həyat verir; su daim alçaq yerlərdə tapılar, heç kim onu yüksək yerlərdə axtarmaz. Ona görə də suyun yolu ruhi rahatlığı təmin etmək yolunda bir nümunə təşkil etməkdir.
  • Yaxşı bir səyyahın məqsədi bir yerə çatmaq deyil.
  • Yontu ustasının işini etməyə qalxan əlini şikəst etməzsə şanslı sayılır.

ZRedaktə

  • Zaman bir daha gəlməmək şərti ilə gedir.
  • Zəka - şeylərin mahiyyətinin anlaşılmasıdır.

MənbəRedaktə

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlarRedaktə