- Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər.. Vaşinqton İrvinq
- Hər hansı məqsədə çatmaq üçün bir çox arzu və istəklərdən imtina etməlisən. Konfutsi
- Həyatın məqsədi - məqsədli bir həyatdır.. Depak Çopra
- Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır.. Maksim Qorki
- İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.. Andre Morua
- Qarşınıza konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz.. Mişel de Monten
- Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa, yüz kiçik addım atmaq yaxşıdır. Helmut Kol
- Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. Ernest Heminquey
- Sözlər bir adamın zəkasını göstərə bilər, lakin məqsədini göstərən davranışlardır. Bencamin Franklin