Mübadilə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmaqlarla fikir mübadiləsi aparmaq korlar üçün şam yandırmaq kimi bir şeydir. Pyer Büast
B
redaktə- Bəzi yazıçılar cəmiyyəti və hökuməti o qədər çaşdırıblar ki, ikisi arasında çox az və ya heç bir fərq qoymayıblar; lakin onlar nəinki fərqlidirlər, həm də fərqli mənşələrə malikdirlər. Cəmiyyəti ehtiyaclarımız, hökuməti isə pisliyimiz yaradır; birincisi" müsbət" xoşbəxtliyimizi təşviq edir, məhəbbətlərimizi birləşdirir, ikincisi bunu "mənfi" edir, pisliklərimizi cilovlayır. Birincisi mübadilələri təşviq edir, ikincisi fərqlər yaradır. Birincisi himayədar, ikincisi cəzalandırıcıdır. Pen Tomas
- Bir insanı dəyişdirə və onun işlərinə qarışa bilməzsən - ən saf düşüncələrin olsa belə - düşmən axtarmamalı və dostlar mübadiləsi etməməlisən. Stiven Edvin Kinq
- Biri başqa birini qəbul edəndə düşünür: “Toyuq oğlu toyuq, səni nə pəncərədən atardım...”- digəri isə belə düşünür: “ Murdar pota, sənin o sifətinə nə tüpürərdim... Təsəvvür edin ki, bu “nə” mövcud deyil. O zaman bu həmsöhbətlər arasında hansı fikir mübadiləsi baş verərdi? Saltıkov-Şedrin
D
redaktə- Dəyər bir şeyin başqa şeyə, müəyyən miqdar bir məhsulun, müəyyən miqdar başqa məhsula mübadilə olunduğu nisbətdir. Karl Marks
F
redaktə- Fikir mübadiləsi etmək ixtiyarında olmayan insanlar bir-birinə kart atırlar. Artur Şopenhauer.
K
redaktə- Kalorilər bədənin toxumalarını miqdari mənada təmin edir. Mineral duzlar keyfiyyəti təmin edir. Vitaminlər bədəndə onda olan maddələrin hamısının optimal mübadiləsini təmin edir. Luule Viilma
M
redaktə- Mübadilə nevrozu adlandırdığımız məfhum, şüuraltı ilə eqoizm arasındakı mübarizəyə; narsist nevroz, eqoizm ilə super eqoizm arasında gedən çəkişməyə; psixoz isə eqoizm ilə xarici aləm arasındakı toqquşmaya uyğun gəlir. Ziqmund Freyd
P
redaktə- Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir, bununla da mübadiləyə sövq edir. Karl Marks
T
redaktə- Təbii ki pul ictimai rifah deyil. Amma onsuz mümkün deyil. O, hamı üçün mübadilə vasitəsidir. Mənim problemim ondan ibarətdir ki, həmişə çəkdiyim filmlərdən əldə etdiyim pulun hesabına yaşayıram. Buna görə də həmişə film çəkməyə məcburam. Jan-Lük Qodar