A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ədalət”ə daxil olan növlərin miqdarı on ikidir: birinci-sədaqət, ikinci-ülfət, üçüncü-vəfa, dördüncü-şəfəqqət, beşinci-rəhmdillik, altıncı-mükafat, yeddinci-ortaqlığın hüsnü, səkkizinci-hökmün hüsnü, doqquzuncu-hörmət, onuncu-təslim, on birinci-təvəkkül, on ikinci-ibarət. Nəsirəddin Tusi
  • Ədaləti bərpa etmək üçün mükafat almaq, almaqdan daha çox zorakılıqdır. Latın atalar sözləri
  • Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.[1] İsa
  • Ən yaxşı mükafat insanın könül rahatlığıdır. Aristotel
  • Ən yaxşı mükafat insanın daxilinin rahat olmasıdır. Aristofan
  • Gördüyün iş üçün mükafat gözləmə, mükafat sənin köhül rahatlığındır. Sokrat
  • Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan. Həsən bəy Zərdabi
  • Mənim dinim budur: Hər öhdəliyi etmək və bunun üçün həm burada, həm də buradan sonra bir mükafat gözləməmək. Bertran Rassel
  • Mükafat ummadan ədaləti bərpa et. Solon
  • Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs yaxşılığımdan nəsibləndi.Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu.Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi. Teymurləng

İstinadlar

redaktə
  1. Luka 6:32-36