Azadlıq dərk olunmuş həqiqətdir. İnsan üçün, xalq üçün həqiqəti dərk etməkdən böyük sərvət, müstəqillik və azadlıq ola bilməz. Şarl de Qoll
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik. Heydər Əliyev
Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır. Mustafa Kamal Atatürk
Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. Heydər Əliyev
Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar.. Heydər Əliyev/Təhsil
Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edirəm ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramları qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar. Heydər Əliyev/Azərbaycan dili
Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. Mustafa Kamal Atatürk
Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur. Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin. Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır. Mustafa Kamal Atatürk
Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. Mustafa Kamal Atatürk
Mühakimə içərisində məhkəmələrin tam müstəqilliyi konstitusiya içərisində zəmanət altına alınmalıdır. Aleksandr Hamilton
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Heydər Əliyev
Müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun. İlham Əliyev
O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. [1]Şarl de Qoll