Mağara
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bitlər, siçovullar, tikanlı məftillər, birələr, mərmilər, bombalar, mağaralar, meyitlər, qan, içki, siçanlar, pişiklər, qaz, artilleriya, çirkab, güllə, minaatan, atəş, polad: müharibə budur! Bütün bunlar şeytanın işidir! Otto Diks
- Budda öldükdən sonra yüz illərdir ki, mağarada onun kölgəsini göstərirlər. Dəhşətli və qorxulu kölgəsini. Allah ölüb. Amma insanların təbiəti elədir ki, min illər boyunca kölgə göstərilən mağaralar mövcud olacaq. Ona görə də biz bir də onun kölgəsinə qalib gəlməliyik! Fridrix Nitsşe
Ə
redaktə- Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı. Oskar Uayld
İ
redaktə- İnsanın ən böyük uğursuzluğu aqressiyadır. Aqressiya, mağara zəmanəsində insanın sağ qalmaq üçün daha çox ərzaq əldə etməsinə, ərazi və ya partnyor ələ keçirməsinə imkan yaradırdısa, bu gün aqressiya bizim hamımızı məhv edə bilər... Böyük nüvə müharibəsi bəşəriyyətin və bəlkə də insan nəslinin axırına çıxa bilər. (London Elm Muzeyindəki nitqində, 2015-ci il.) Stiven Hokinq
M
redaktə- Məğlub olan düşmən dostluğunu təklif etsə də, ona etibar etmək olmaz. Qarğa heç vaxt yaxın vaxtda yanğın baş vermiş mağaraya uçmayacaq. Çünki, mağarada hələ də çoxlu tüstü qalır. Çanakya
O
redaktə- O ilk insanların mağara divarlarına etdikləri şəkillər, sənin dəftərindən çəkilmişlər. Məmməd Rasim Mutlu