Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlаqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istеdаd və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla
Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar. Mustafa Kamal Atatürk
Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedı-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik. Əbülfəz Elçibəy
Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. Tur Xander
Ədəbiyyatımız milli ruhu və milli düşüncəni amal etməli, millətə aid məsələləri kiçik də olsa insanlıq səmasında bir göy qurşağı halına gətirməlidir. Füyuzat jurnalı
Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Füyuzat jurnalı
Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir. Heydər Əliyev
Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur. Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin. Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır. Mustafa Kamal Atatürk