A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


D Redaktə

  • Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır. Əbu Turxan
  • Dil - ağızda başın pasibanıdır. (Pasiban - nəzarət) Fars atalar sözləri
  • Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd

G Redaktə

  • Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin. Məhəmməd peyğəmbər

H Redaktə

  • Həyatınızin ən yaxşı illəri – yaşadığınız problemlərinin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz. Albert Ellis

Q Redaktə

  • Qabiliyyət o kəslərindir ki, onlarda hər şey ciddi nəzarət altındadır. Nəyə görəsə, insanlar buna uğur deyir. Rual Amundsen
  • Qanunlar insanlara nəzarət etmək üçün vacibdir. Han Fei

M Redaktə

  • Mən maksimal dərəcədə nəzarət, lakin minimal dərəcədə tənzimlənmə tərəfdarıyam. Corc Soros

Ö Redaktə

  • Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz. Mahatma Qandi

S Redaktə

  • Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
  1. mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma;
  2. müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
  3. öz səhvini başa düşdükdə,bunu səmimiyyətlə etiraf et;
  4. sakit tərzdə söhbət etməyə çalış;
  5. hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
  6. qarşındakına danışmaq imkanı ver,tez-tez sözünü kəsmə;
  7. öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
  8. heç kəslə bağlı tərəfkeşlik etmə;
  9. müsahibinin dərdlərinə şərik olmağa çalış;
  10. öz ehtiras və duyğularını nəzarət altında saxla;
  11. qarşındakının həm gözünə,həm də düşüncələrinə nüfuz etməyə çalış;
  12. öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər. Deyl Karnegi

İstinadlar Redaktə