A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Barmağa batan tikanı çıxarıb atmaq, laxlayan dişi çəkmək kimi, pis naziri də öz əhatinizdən uzaqlaşdırmalısınız. Çanakya
  • Bir quldur bir ölkəyə, pis qadın və pis oğul ailəyə zərər verdiyi kimi, pis nazir də hökmdara zərər verir. Çanakya
  • Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar. Çanakya
  • Boynunda oturan sərxoş adamın rəftarından azğınlaşmış fil qarşısına çıxan hər şeyə hücum edir. Bilik məşəlindən məhrum olan hökmdar da uzaqgörən olmayan nazirlərin məsləhətlərinə qulaq asmaqla, tələsik hərəkət etmiş olur. Lazımı təhsil almış hökmdar öz dövlətində qayda-qanuna riayət edilməsinə çalışacaqdır. Çanakya

Ə redaktə

  • Əgər hökmdar, onun nazirləri və kahinləri oğrudurlarsa, o zaman mən nə etməliyəm? Müdafiə olduğu yerdə qorxu yeri var. Çanakya
  • Ərinə sədaqət qadının, loyallıq nazirlərin, insanların müdafiəsi hökmdarın borcudur, yaxşı davranış isə böyük ruhların vəzifəsidir. Çanakya

H redaktə

  • Hakimiyyət, hökmdarı zənginliklərlə birləşdirir. Hakimiyyət orqanlarının olmaması, nazirlərin olmamasını göstərir. Əlində hakimiyyət olan hökmdar, müdrik hökmdarı nəzərdə tutur. Çanakya
  • Hərbi nazir o qədər qənaətlə yaşayır ki, maaşı səkkiz min dollar olsa da, bir il ərzində on iki min dollar toplaya bilib. Mark Tven
  • Hökmdar vətəndaşlar üçün müəyyən davranış normaları müəyyən etməli, həmçinin vətəndaşların təhlükəsizliyi və daxili dayaqlarının qayğısına qalacaq müşavirləri və nazirləri təyin etməlidir. Çanakya

M redaktə

  • Müdriklər heç vaxt hökmdarı səhv yolla aparan nazirlərə, şudr kastasından olan qadınla evlənən brəhmənə, həmçinin andlarını pozan zahidlərə qulluq etmirlər. Çanakya

N redaktə

  • Nazir düşmənlərlə bağlı strateji plan təklif etməyi, öz işlərində sürətli addımlar atmağı, dostlarının uğurlarına sevinməyi və dövlət işlərində cəsarətlə davranmağı bacarmalıdır. Çanakya
  • Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır. Şarl de Qoll
  • Nazirin ən vacib prinsipləri hökmdarın əmrlərini yerinə yetirməkdə canfəşanlıq, çıxışların şirinliyi və qərar qəbul etməkdə möhkəmlikdir. Çanakya
  • Nazirlər-hökmdarın, təhsil - cəsur kişinin, ər-arvadın, yaxşı xarakter isə hər kəsin bəzəyidir. Çanakya
  • Nazirlər yaxşı yaddaşa malik olmalı, siyasi elmləri bilməli, incəsənətdən və bir çox başqa şeylərdən baş çıxarmalıdır. Çanakya
  • Nazirlərin dəstəyindən məhrum olan hökmdarlar çayın sahilində bitən ağaclar və qayğıdan məhrum olan qadın kimi, uzun müddət hökmranlıq edə bilməyəcəklər. Çanakya

S redaktə

  • Sərxoş həkim, savadsız aktyor, təcrübəsiz brəhmən, qorxaq döyüşçü, pisniyyətli ağa, axmaq nökər, xaotik ölkə, öz uşaqları ilə fəxr edən, amma xəyanətkar qadın təhlükəli olduğu kimi, hökmdarın ətrafındakı pisniyyətli nazirlərdən müdrik insanlar əziyyət çəkir. Çanakya

İstinadlar redaktə