Qəzəb anında təyin edilən cəza heç bir səmərə vermir. İmmanuel Kant
Qəzəb dahilikdən yalnız öz müddəti ilə fərqlənir. Mark Porsi Katon
Qəzəb həmişə öz səhvlərini başqalarında axtarır. Aleksandr Pop
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali
Qəzəb şeytan amalıdır və həmişə peşimançılıqla qurtarır. Con Herbert
Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan. Konfutsi
Qəzəblənəndə özünü saxlaya bilən adam başqalarının da günahını bağışlaya bilər. Sədi
Qəzəbin atəşi əvvəlcə sahibini yandırar;qığılcımı düşmənə ya çatar, ya da çatmaz. Sədi
Qəzəbli adamları eşitmək zülmün başlanğıcıdır. Konfutsi