Qarı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağılsız cahalı kirşan aldadar,
Günü keçmiş qarı qız olmaz, olmaz. Aşıq Ələsgər - Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik. Vissarion Belinski
E
redaktə- Evə girirəm qarı döyür, bayıra çıxıram - tanrı. Azərbaycan atalar sözləri/E
Ə
redaktə- Əgər kimsə xoşbəxtlik ardınca qaçırsa, onu tapacaq. Öz eynəyini axtaran qoca qarı kimi siz görəcəksiniz ki, xoşbəxtlik həmişə burnunuzun ucunda imiş. Corc Bernard Şou
İ
redaktə- İndi mənim xoşbəxtliyimə kölgə salan yeganə bulud, – qoca qarının və soğanla dolu arabanı çəkən eşşəyin qaldırdığı toz bulududur. (Bilirəm ki, bu cür gözəl bir gündə arabanın nektar və ambroziya (astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi) ilə, heç olmasa, üzüm və şaftalı ilə dolu olması daha yaxşı olardı, amma mən düz danışan adamam: bu, sadəcə soğan idi.) Amma artıq toz yatır və budur yenə arxamda – bütöv bir Fransa, qarşımda İtaliya, sağımda – Aralıq dənizi, solda – Alp dağları, üzərimdə isə yaqut qübbə. Və beşi də olduqca yaxındır; onlar elə sakit və elə yaxındılar ki, əlimi uzatsam onlardan istədiyim birini seçib hədiyyə olaraq sizə göndərə bilərəm. Amma hətta əgər poçt orqanları bildirməsə də ki, onların göndərilməsi müşkül məsələdir (yenə rəsmiyyətçilik – idarələrin lənəti), onların gözəlliyi yolda itəcək və sizə çatanda yekə, heybətli və qorxunc bir şey olacaqlar. Odur ki, mən sizə xatirə üçün yalnız bu yabanı rozmarin (çəmənotu və ya ətotu) şaxəsini göndərirəm. Amma yenə də qoca qarıya acığım tutur. O, öz eşşəyi ilə özümə danışdığım nağılın düz ortasında peyda oldu və hər şeyi korladı. Bəs siz heç özünüzə nağıl danışırsınız? Yoxsa, siz tamam böyümüsünüz? Qırılmış dostluq
- İy də varsa, cəhrə də var, onu əyirən qarı da var. Azərbaycan atalar sözləri/İ
Q
redaktə- Qara gecə ağ olmaz, qarı düşmən - dost. Türkmən atalar sözləri
- Qarı dizinə döyməklə dəvə pambıqdan çıxmaz. Azərbaycan atalar sözləri/Q
- Qarı düşmən dost olmaz. Azərbaycan atalar sözləri/Q
- Qarı var - arpa unundan aş elər, qarı var - buğda unun daş elər. Azərbaycan atalar sözləri/Q
O
redaktə- Oba durdu köçməyə, qarı durdu gəzməyə. Azərbaycan atalar sözləri/O
Mənbə
redaktə- Atalar sözləri. Bakı, 2004