Azərbaycan atalar sözləri/E
←D | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ə→ |
Həmçinin baxın: Haqqında • |
- Ehtiyac adamı oğru eləyər.
- Ehtiyac igidi də sarsıdar.
- Ehtiyat igidin yaraşığıdır.
- Ehtiyat ehtiyacdan doğar.
- Ehtiyat şərtdəndir.
- Ehtiyatı əldən vermə.
- Ehtiyatlı adamın anası ağlamaz.
- Ehtiyatlı qoyunu qurd yeməz.
- Ehtiyatlı oğulun anası ağlamaz.
- Ehtiyatlılıq baş ağrısı gətirmir.
- El ad başına yığılar.
- El adamı igid deyə candan edər, comərd deyə maldan.
- El ağzı — çuval ağzı.
- El ağzı çuval ağzı deyil ki, bağlayasan.
- El ağzı faldır.
- El ağzı ilə quş tutulmaz.[1]
- El ağzı ilə şorba içilməz.
- El ağzı kəramətdir.
- El ağzı torba deyil ki, büzəsən![2]
- El ağzı — yel ağzı.[3]
- El ağzına baxan, qarısını tez boşar.
- El ağzına düşən xeyir görməz.
- El ağzında bir sözün yüz rəngi var.
- El ağzını bağlamaq olmaz.
- El arasında it quyruğu kəsməzlər.
- El arxası çəmən olar.
- El atan daş dağdan aşar.
- El atan daş uzağa gedər.
- El atan daşa güc çatmaz.
- El atan daşı qaldırmaq olmaz.
- El atanı ər atar, el tutanı ər tutar.
- El atanı haqq da atar.
- El atdığı daş uzaq gedər.
- El ayranı yanğını soyutmaz.
- El baylı-yoxsullu olur.
- El bərəkallahı qarın cırar.
- El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar.
- El çalan zurnanın səsi uzağa gedər.
- El dağlara dayanıb, çıraqlı indi oyanıb.
- El dedikcə saxlamaq olmaz.
- El dediyi mübarək olar.
- El dəli olsa, mollaya gedər, molla dəli olsa kimə gedər.
- El dəlisini çölə atmaz.
- El dəlisini aldatmaz.
- El dəlisiz olmaz.
- El el ilə, dəyirman yel ilə.
- El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş.
- El el üstə sığınar.
- El el üstə sığışar, ev ev üstə sığışmaz.
- El elə dayandı, qeyli-qal indi oyandı.
- El elə sığışar, ev evə sığışmaz.
- El elin aynası, batmanı, tərəzisi.
- El elin aynasıdır.
- El elin itkisini bayatı oxuya-oxuya axtarar.
- El eybini sənə söyləyən sənin də eybini elə söylər.
- El harda, sən də orda.
- El gözü aydın görər.
- El gözü sərrafdır.
- El gözü tərəzidir.
- El gözü uzağı görər.
- El gözündən düşən boy atmaz.
- El gözündən düşən gözsüz qalar.
- El gözüylə dünya görünməz.
- El gücü güclü olar.
- El gücü, sel gücü.
- El gücü, yel gücü, sel gücü.
- El hara, sən də ora.
- El hümmətlə, quş qanadla!
- El içində — öl içində.
- El igidi ilə tanınar.
- El ilə bir ağla, el ilə bir gül.
- El ilə duran yıxılmaz, əl ilə verən saxlamaz.
- El ilə gələn qara gün toy-bayramdır.
- El insanın şöhrətidir.
- El ipilə quyuya düşən quyuda qalar.
- El keçən körpüdən qorxma, sən də keç.
- El köçdü, oba qaldı.
- El köçdü, sən də köç.
- El köçər, adət köçməz.
- El qabağı, yel qabağı.
- El qalxdı, sən də qalx.
- El qapısı — həkim qapısı.
- El qapısı həm gec, həm güc açılar.
- El qarğıyan ağac bar verməz.
- El qazanı ilə aş qaynamaz.
- El qədrini el bilər.
- El qızına inanmaq olmaz.
- El mahnısı — yallı səsi.
- El malı ilə dost qazanılmaz.
- El malına göz dikən gözsüz qalar.
- El malına göz tikmə, özün qazan, özün ye.
- El malına kəm baxan, malsız-davarsız qalar.
- El malına kəm baxanın gözlərindən qan damar.
- El malını qoru, öz malın kimi.
- El namusu elə düşər.
- El nəğməsini eldən öyrənərlər.
- El od başına yığılar.
- El oğlu yumurtaya qulp qoyar.
- El oğrusuz, çöl qurdsuz olmaz.
- El öz dəlisini yaxşı tanıyar.
- El salan körpüdən hamı keçər.
- El sevəni aləm sevər.
- El sevməyənin ağacı quruyar.
- El səsi — haqq səsi.
- El sözü — ata nəsihətidir.
- El sözü — atalar sözüdür.
- El sözünə uyan qarısını tez boşar.
- El şamı daim yanar.
- El tikəni aləm yıxa bilməz.
- El tikəni yel yıxa bilməz.
- El tutanı ər tutar, Ər atanı el atar.
- El üçün ağlayan iki gözdən olar.
- El üfürdü, sel köpürdü.
- El üzünə namaz qılanın arxası Allahadı.
- El yaxşı, biz yaman, el buğda, biz saman.
- El yaxşılığını unutma.
- El yandıran şamı söndürmək olmaz.
- El yıxanı heç kəs tikə bilməz.
- El yumruğun görməyən öz yumruğun batman sanar.
- Elçi çox olar, qismət bir.
- Elçisi Gülüm olanın başına külüm olar.
- Elçiyə zaval yoxdur.
- Eldə xəbər çox olar.
- Eldə olan bəydə olmaz.
- Eldən ayrılan itkin düşər.
- Eldən dərs alan Loğman olar.
- Eldən — elə, dildən — dilə, kim gülə, kim gülməyə.
- Elə alaram, eşşəkdən palan alan kimi!
- Elə arxalanan igidin, arxası yerə dəyməz.
- Elə atadan belə oğul?!
- Elə bağın belə də meyvəsi olar.
- Elə bağla ki, aça biləsən.
- Elə bil balıq ağzıdır.
- Elə bil buz baltasıdır.
- Elə bil dalınca atlı salıblar.
- Elə bil daşdan talaşa qopub.
- Elə bil dədəsini mən öldürmüşəm.
- Elə bil dənizdə üzən gəmidir.
- Elə bil kilsəyə bir daş atdım.
- Elə bil qurbağa gölünə daş atdılar.
- Elə bil malakan xəncər bağışlayıb.
- Elə bil odun üstünə su töküblər.
- Elə bil ölü qəbirdən xortdayıb.
- Elə bil tükün oda tutdular.
- Elə bil üstümdən dağ götürüldü.
- Elə bil yumurta üstə oturub.
- Elə bilir yuxa arasında halvadır.
- Elə bilirsən qara gözünə aşiq olub?
- Elə çalmağın belə də oynamağı olar.
- Elə don geymək gərək ki, yamağı evdə tapıla.
- Elə düyün sal ki, açanda dişini sındırmayasan.
- Elə edən, sənə də edər.
- Elə elə ki, bir də bazara şorsatan gəlsin.
- Elə elə ki, nə şiş yansın, nə də kabab.
- Elə elə ki, şorçu bir də bazara gəlsin.
- Elə eləmə ki, körpü qala çayın o tayında.
- Elə gedən əliboş qayıtmaz.
- Elə gül ki, biz də gülək.
- Elə iş tut ki, içindən qəmbərqulu çıxmasın.
- Elə iynə sancmaq istəyən əvvəlcə özünə sancar.
- Elə keçəl deyil ki, qartmağı yerə düşə.
- Elə kor deyən özü badam gözlüdür?!
- Elə köç, köçünə dana-buzov qarışmasın.
- Elə qazana belə çuğundur gərək.
- Elə qazanın belə də aşı olar.
- Elə qırmızıdır ki, toxum xoruzuna oxşayır.
- Elə musurman oldun ki, atovun xaçını da unutdun?
- Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
- Elə ye ki, həmişə yeyəsən.
- Elə yeməyin belə də qusmağı var.
- Elə yerdə ev salmışam ki, yıxılanda vay deyim.
- Elə zılxın belə də qazanı olar.
- Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
- Eli olmayanın dili də olmaz.
- Elimə qalsın, günümə qalmasın.
- Elin ağzı fal olar.
- Elin ağzına baxan ac qalar.
- Elin atdığı daş uzağa gedər.
- Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
- Elin gözü daş əridər.
- Elin gözü sərraf olar.
- Elin gücü bir olsa, düşməni dara çəkər.
- Elin gücü — tufan gücü.
- Elin gücü, yelin gücü, selin gücü — güclü olar.
- Elin oğlu yumurtaya qulp taxar.
- Elin səsi — haqq səsidi.
- Elin sözü əvvəl-axır düz olar.
- Elin sözü — sözün düzü.
- Elin sözünə baxan ac qalmaz.
- Elin tərəzisi yoxdur.
- Elin tutduğu quşun quyruğu qısa olar.
- Elindən ayrılanı qurd yeyər.
- Elini hürküt, axsağından yapış.
- Ellər bizə, biz ellərə.
- Ellər köçər, dağlar qalar.
- Ellərə gülən canım — indi olub el gülüncü.
- Elm adamın eybini örtər.
- Elm ağılın çırağıdır.
- Elm zəhmət ilə ələ gəlir.
- Elm insana böyük mirasdır.
- Elm mərtəbəsi uca olar.
- Elm para ilə yox, çalışmaq ilə ələ gələr.
- Elm sahibinə böyük zinətdir.
- Elmin gücü, yıxar bürcü.
- Elmli qazıya şahid lazım deyil.
- Elmsiz adam meyvəsiz ağac kimidir.[4]
- Elsiz dağ viranədir.
- Enişdən yenə də yoxuş yaxşıdır.
- Erkək atın yəhəri yırtıq olar.
- Erkək eşşək, yanı qoduqlu?!
- Erkək quşun yuvası olmaz.
- Ermənidən bəy olmaz.
- Erməninin qocalanı köpəyə, müsəlmanın qocalanı ipəyə dönər.
- Ertəyə qalan bəladan qorxma.
- Eşidibdi papağı qırxırlar, bilmir harasın qırxırlar.
- Eşqin tərsi, avandı olmaz.
- Eşşək aldım, qatır çıxdı.
- Eşşək anqıranda itin başı ağrıyar.
- Eşşək batdağa bir dəfə batar.
- Eşşək eşşəyə uzunqulaq deyər.
- Eşşək eşşəyi borc qaşıyar.
- Eşşək hələ o eşşəkdi, palanı dəyişsə də.
- Eşşək qazanar, at yeyər.
- Eşşək qocalmaqla tövləbaşı olmaz.
- Eşşək Məkkəyə getməklə Hacı olmaz.[5]
- Eşşək nə bilir ki, zəfəran nədir?
- Eşşək olasan, çulun məxmər?
- Eşşək olasan, tükün bu narınlığında!
- Eşşək tozda ağnayanda həvəsi gələr.
- Eşşək üstə qəmə bağlayana gülərlər.
- Eşşəkdən adınalıq umur.
- Eşşəkdən soruşurlar: "Niyə bərk qaçırsan?", deyib "Bizləyəndən soruş".
- Eşşəklə getdilər, qatırla döndülər.
- Eşşəyə dedilər: mərifətini göstər, yatdı, ağanadı.
- Eşşəyə güçü çatmaz, palanı çırpar.
- Eşşəyə qantarğa keçirməklə at olmaz.
- Eşşəyə qızıl çatmaqla qiyməti artmaz.
- Eşşəyə məxmərdən çul tikməklə eşşəkliyini itirməz.
- Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb.
- Eşşəyi minərlər, ata çatınca.
- Eşşəyi yüklədikcə tünd gedər.
- Eşşəyim bozdur, dəyirmana getməyir.
- Eşşəyim, ölmə, yaz gələr yonca bitər.
- Eşşəyin anqırtısı özünə xoş gələr.
- Eşşəyin arpası artıq düşəndə yiyəsinə şıllaq atar.
- Eşşəyin canı yananda atdan yeyin qaçar.
- Eşşəyin yükü yüngül olanda oynamağı gələr.
- Ev alma, qonşu al.
- Ev almıram, qonşu alıram.
- Ev ayranı acı olar.
- Ev bağda, bağ dağda.
- Ev bizə qaldı desənə, halva bişibdir yesənə.
- Ev bizim, sirr bizim.
- Ev böyüksüz olmasın.
- Ev buzovundan öküz olmaz.
- Ev dağılsa tiri qalar, kalafa uçsa — yeri.
- Ev xoruzudur.
- Ev oğrusunu tutmaq olmaz.
- Ev pəhləvanıdır.
- Ev satmıram, qonşu satıram.
- Ev sözsüz olmaz, meşə çaqqalsız.
- Ev süpürərəm, yer salaram, kimin qızından geri qalaram?
- Ev şamdan işıqlanar, baş — bilikdən.
- Ev təzə, divar təzə, ələyim, səni hardan asım?
- Ev tikən balta çöldə qalar.
- Evdə bişməyib, qonşudan gəlməyib.
- Evdə div olur, çöldə divanə.
- Evdə gəlinim olsun, bayırda yeznəm.
- Evdə xoruz, çöldə fərə.
- Evdə xoruz olur, bayırda toyuq.
- Evdə qonaq olanda uşağa acıqlanmazlar.
- Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır.
- Evdəki hesab bayıra çıxmaz.
- Evdən qabaq qonşu axtar.
- Evdir, aşağısı da olar, yuxarısı da.
- Evə girirəm qarı döyür, bayıra çıxıram — tanrı.
- Evi abad al, bağı — bərbad.
- Evi abad edən arvaddır.
- Evi odlanan mən, əli kösövlü sən.
- Evi yoxdur, qonşu axtarır.
- Evimizə gəldi qonaq, vay dədəm vay, dədəm vay, olaydı yumurta, bişirəydim qayğanaq, vay tava dərdi, yağ da yoxdur!
- Evin bərəkəti ocağındadır.
- Evin bəzəyi ocaqdır.
- Evin böyüyü buyruqda, kiçiyi — qulluqda.
- Evin iti ol, kiçiyi olma.
- Evin minarə dibində olsa da, qulağın səs eşitməz.
- Evin olsun divardan, od düşsün gilavardan!
- Evin yaraşığı gəlindir.
- Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı — qonaq.
- Evin yıxılsın Müşküllü Məmməd, ayının böyüyünü burda qoyub gedib meşədə axtarır.
- Evin zibilini küçəyə atmazlar.
- Evində dəlik, belində yara, yar sirrini ellərdə ara.
- Evində tapmaz bir çürük darı, bardaş qurub oturar hamıdan yuxarı.
- Evində yatır, yuxuda həzrəti Süleymanı görür.
- Evinə görə ye, cibinə görə xərclə.
- Evli evində yatar, qərib harda axşamlar?
- Evlənən evdar olar.
- Evlənən göz-qulaqda olar.
- Evlənənlə ev tikənin köməkçisi çox olar.
- Evlənmək bir qurtum su deyil ki, içəsən.
- Evlənmək su içmək deyil.
- Evlər ayrı, qayğılar ayrı.
- Evlər damı isti sacdır, davam gətirən oturar.
- Evlərə gedən qızın başı qovğalı olar.
- Evlərə gedən qızın dili altında qənd gərək.
- Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək.
- Evli evində gərək.
- Evsizə qız verməzlər.
- Ey cüt yatan bəxtəvər, demirsən bir tək də var?!
- Ey əmmamə, gör qayış nə çəkir?
- Ey fələk, batmanı eylədin çərək. Hamıya verdin qovun, qarpız, mənə verdin yelpənək.
- Ey özü-özünü bəyənmiş, qoy səni el bəyənsin.
- Ey yar, gəl bağrımı yar, gör içində nələr var.
- Ey zər, allah deyilsən, amma eyiblərə pərdə çəkənsən.
- Eybini bilən, özgəyə eyib eyləməz.
- Eyib eyləmə eybəcərin eybinə, eyib edirsən öz eybinə eybi yox.
- Eyib tapır özgəyə, bir baxmayır güzgüyə.
- Eyibi eylər eybəcər, soğanı yeyər dərdəcər.
- Eyibli eybini bilsə, başına palaz bürüyər.
- Eyibli öz eybini bilsə, başına kilim örtər.
- Eyibli söz danışma.
- Eyibsiz dost axtaran, dostsuz qalar.
- Eyibsiz dost axtaran tənha qalar.
- Eyibsiz gözəl olmaz, ay üzündə də ləkə var.
- Eyibsiz yar axtaran yarsız qalar.
- Eyməçiyə (qatıqçıya) doşab göstərməzlər.
Mənbə
redaktə- Atalar sözü, Bakı,2004
İstinadlar
redaktə- ↑ Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
- ↑ Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
- ↑ Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.119
- ↑ Atalar sözü və məsəllər:/B. Tahirbəyovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1971,151.səh.100.