Rasional
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəşəriyyətin mənəvi təkamülü inkişaf etdikcə, mənə bir daha aydın olur ki, həqiqi dindarlığa gedən yol həyat, ölüm qorxusundan və ya kor-koranə inamdan yox, rasional biliyə səy göstərməkdən ibarətdir. Albert Eynşteyn
- Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elm fizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
Ə
redaktə- Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
G
redaktə- Gəncliyimin sonunu xəbər verən əlamətlər arasında ən önəmlisi ədəbiyyata böyük marağımın olmamasıdır. Artıq, hər şeyə rəğmən, bir vaxtlar eşitdiyim ruhani həqiqətləri tapmaq ümidi ilə kitablar açmıram. Oxuyuram, getdikcə daha çox oxuya bilmək istəyirəm, amma bir vaxtlar olduğu kimi, kitablarda tapdığım müxtəlif təcrübələri nə həvəslə qarşılayıram, nə də onları parlaq, poetika qədər rasional səs-küyə çevirmirəm. Turin küçələrində gəzərkən də eyni şey olur. Mən artıq bu yerləri yaratmaq səylərini sürətləndirən romantik, simvolik güc mənbəyi kimi görmürəm. Hər dəfə “bu, əvvəlcədən hazırlanmışdır” demək istəyirəm. Sevdiklərimi, vəsvəsələrimi, yorğunluğumu, istirahətimi hərtərəfli nəzərdən keçirəndə, açığı, daha həyata yeni kəşflər gətirəcək bir sahə kimi baxmıram, poeziya bu baxımdan məni daha az maraqlandırır. Çezare Paveze
İ
redaktə- İnsan ağlın diqtəsilə hərəkət etməyə çağrıldıqda əsəbləşən rasional heyvandır. Oskar Uayld
R
redaktə- Rasional tarix – məsuliyyəti dərk olunan zamandır. Rahid Ulusel