Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
Bir dəfə evlənmek sınaq, iki dəfə evlənmək əyləncə, üç dəfə evlənmək çılğınlıqdır. Holland atalar sözləri
Bu əzabların, sınaqların və kədərlərin əsl hekayəsidir və bu cür hekayələr, ümumiyyətlə uzun olur; əgər bu hekayələr sevinc və xoşbəxtlik hekayəsi olsaydı, çox qısa olardı. Çarlz Dikkens