Sərkərdə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
E
redaktə- Ehtiraslarını cilovlamağı bacaran adam şəhərləri fəth edən sərkərdədən güclüdür. Ernest Heminquey
- Ehtiyatlı sərkərdə ağılsız sərkərdədən yaxşıdır. Oktavian Avqust
- Elm sərkərdə, təcrübə isə onun əsgəridir. Leonardo da Vinçi
K
redaktə- Kəndli yaddaşı sərkərdə biliyindən üstündür. Napoleon Bonapart
S
redaktə- Sərkərdə üçün lağ və söyüşlərdən qorxmaq düşmənlərdən qorxmaqdan daha pisdir. Fabi Maksim
- Sərkərdə və əsgər üçün eyni iş müxtəlif cür çətindir. Bu iş sərkərdə üçün asandır. Çünki, bu onun üçün şərəf məsələsidir. (Ksenofontun fikirlərinin sərbəst ifadə edilməsi). Mark Tulli Siseron
- Sərkərdəni öldürmək istəsən, əvvəlcə atını öldür. Yapon atalar sözləri
- Sərkərdənin şərəfli ölümü. Adətən, filosoflar yataqda ölürlər. Necə ölmək də əhəmiyyətlidir. Mark Tulli Siseron
- Söz insan qüdrətinin böyük sərkərdəsidir. Vladimir Mayakovski
Ş
redaktə- Şairin sözü insan qüvvəsinin sərkərdəsidir. Səməd Vurğun
V
redaktə- Vaxtı ilə Roma təqvimi qeyri-adi dərəcədə dolaşıq idi. Roma sərkərdələri həmişə qalib gəlirdilər, amma bunun hansı gündə baş verdiyini bilmirdilər. Volter