A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq yalnız zamanın tələblərindən doğan saxta şəxsi xoşbəxtliklərdən imtina edənlərə verilir. Bertran Rassel
  • Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur. Erix Mariya Remark
  • Əgər indiki vaxtda eşqlər həmişə saxtadırsa. Ya insanlar saxta eşqlərlə birlikdə olur, ya da birlikdə olduğu eşqləri saxtalaşdırır. Can Dündar
  • Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
  • Oğul, pivə içmək istəməzsən. Pivə atalar və saxta vəsiqəsi olan uşaqlar üçündür. Homer Simpson
  • Sadalananlar sənin həyatında baş verirsə, günah məhəbbətdə deyil, günah sənin özündədir. Sən, məhəbbət adı altında bu tələbləri irəli sürdün. Adını məhəbbət qoyduğunuz bu oyun, saxta pul kimidir. Oşo (Çandra Mohan Racniş)
  • Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram. Anton Çexov
  • Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz biz az qaranlıq yerdə olan kimi bizi tərk edir. Kristian Nevell Bovi
  • Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur. Petro Metastasio
  • Saxta pullardan azad olmaq istəyirsən? Onları nəzir qutusuna tulla. Corc Karlin
  • Saxta rəblər boyundan çıxarılıb atılmadıqca, səbəblərlə bağlı kəsilmədikcə, fayda və zərəri insanlardan bilməyi tərk etmədikcə qurtuluş mümkün deyil. Əbdülqədir Geylani
  • Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki, keçici razılaşmalara yer yoxdur. Adolf Hitler
  • Siz Allahın vəkili deyilsiniz. Düşünürəm ki, siz başqa bir qüvvənin (şeytanı nəzərdə tutur) vəkilisiniz. Sizin saxta fikirlərinizə tüpürürəm. Bu andan etibarən istədiynizi etməkdə sərbəstsiniz. Martin Lüter
  • Yer üzündəki tək gerçək xoşbəxtlik, öz saxta şəxsiyyətimizin zindanından qaça bilməkdir. V for Vendetta