Siqaret (fr. cigarette - kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr.

Külqabıda siqaret



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir kağız, bir qələm, bir yanmış, bir sönmüş, bir bitmiş siqaret; həyatın budur. Cem Adrian
  • Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, (...). Çarlz Bukovski
  • Əgər bir insan siqaret çəkmirsə, içki içmirsə, istəmədən fikirləşirsən ki, görəsən o əclaf deyil ki? Anton Çexov
  • Əgər qəzetlər siqareti atmaqdan yazmağa başlasalar, mən siqareti atmaqdansa, qəzet oxumağı ataram. Uinston Çörçill
  • İçkini və siqareti tullayan adam həyatın bütün hadisələrini yeni və düzgün tərəfdən işıqlandıran baxışlarının əqli aydınlığını və sakitliyini əldə edir. Lev Tolstoy
  • Qəzetlər yalnız gerçəkləri yazacaq olsadılar siqaret kağızının ölçüsünə enərdilər. Alfons Alle
  • Mən artıq çoxdan başa düşmüşəm ki, istənilən şey insanın cəhənnəminə çevrilə bilər. Əgər kiminsə simasını, sözünü, yaxud hər hansı siqaret markasını ağlından çıxara bilmirsənsə o sənin cəhənnəminə çevrilir. Xorxe Luis Borxes
  • Mən siqaret çəkmirəm, lakin hər zaman kibrit qutusunu cibimdə daşıyıram. Nə vaxt günah etsəm, bir kibrit yandırıb əlimi onun oduna yaxınlaşdıraram və öz-özümə deyərəm: "Əli, sən bu kiçik oda dözə bilmirsən, Cəhənnəm alovuna necə dözəcəksən..?” Məhəmməd Əli
  • Nə spirtli içki, nə də siqaretlə zəhərlənmə, yoxsa bütün digər tövsiyələr faydasız olacaq. Fyodor Uqlov
  • Ortalıqda belə bir şayiə də dolaşırdı ki, guya bəzi klassik əsərlər – məsələn, Şerlok Holms haqda olan kitab – ona görə kitabxanamızda yoxdur ki, orda əsas qəhrəmanlar çox siqaret çəkir. Və əgər şəkilli kitabda və ya jurnalda qabağımıza cırılmış səhifə çıxırdısa, bəziləri deyirdi ki, yəqin orda kimsə siqaret, ya da qəlyanla təsvir olunub. Kazuo İşiquro
  • Siqaret mənim qidamdır. Frenk Zappa
  • Siqaret çəkmək öldürür, öldüyümüzdə həyatımızın əhəmiyyətli bir hissəsini itiririk. Brok Şilders
  • Siqareti atanda cədvəlin ortasında bəzi notlar götürmək imkanını itirdim. Ancaq əvəzində cədvəlin yuxarısında bəzi notlar götürməyi öyrəndim. Buna görə də indi çox aşağıdan oxuya bilmirəm, əvəzində yuxarıdan oxumaqda problemim yoxdur. Leonard Koen

İstinadlar

redaktə