Arzular kağız üzərində həmişə yazıq görünür. Mel Qibson
Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi. Xalid Hüseyni
Bir kağız, bir qələm, bir yanmış, bir sönmüş, bir bitmiş siqaret; həyatın budur. Cem Adrian
Bir kağıza “sənsizlik” yazdım və bu sözü yenə də çox bəyənirəm… Çünki “sənsizlik” sözü belə “sən”lə başlayır. Camal Sürəya
Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
Eyni kağızın arxa və ön üzləri kimiyik. Sonsuza qədər birlikdə, amma heç bir zaman bir-birlərini görməyən. Əziz Nesin
İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar. Hümam Təbrizi
Qəzetlər yalnız gerçəkləri yazacaq olsadılar siqaret kağızının ölçüsünə enərdilər. Alfons Alle
On dəqiqə içində bu kağızın üstündə iki şeydən birini görəcəyəm: Ya imzanı, ya da beynini! Xaç atası (film, 1972)