Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyər]]sizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
Bütün siyasətçilər hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orda çay yoxdur. Nikita Xruşşov
Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz. Stendal
Siyasətçi çox ağıllı olmamalıdır. Çünki çox ağıllı siyasətçi görür ki, onun qarşısında duran vəzifələrin böyük bir qismini həll etmək qeyri-mümkündür. S.Lem
Siyasətçi sabah, bir həftə sonra, bir ay, bir il sonra nələrin baş verəcəyini öncədən deməlidir. Sonra isə, dediklərinin niyə baş vermədiyini izah edə bilməlidir. Uinston Çörçill
Siyasətçidən ağıldan daha çox dəqiqlik tələb olunur. Qustav Lebon
Siyasətçiyə sual vermə, çünki yalan danışacaq. R.Ayres
Siyasətçinin ən böyük məziyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir. Uinston Çörçill
Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma;
müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
öz səhvini başa düşdükdə,bunu səmimiyyətlə etiraf et;
sakit tərzdə söhbət etməyə çalış;
hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
qarşındakına danışmaq imkanı ver,tez-tez sözünü kəsmə;
öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
heç kəslə bağlı tərəfkeşlik etmə;
müsahibinin dərdlərinə şərik olmağa çalış;
öz ehtiras və duyğularını nəzarət altında saxla;
qarşındakının həm gözünə,həm də düşüncələrinə nüfuz etməyə çalış;
öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər. Deyl Karnegi