Corc Bernard Şou

(Bernard Şou səhifəsindən yönləndirilmişdir)

Corc Bernard Şou (26 iyul 1856 – 2 noyabr 1950) — Görkəmli irland dramaturqu və yazıçısı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı, ictimai xadim.

Corc Bernard Şou
Doğum tarixi 26 iyul 1856
Doğum yeri Dublin
Vəfat tarixi 2 noyabr 1950
Vəfat yeri Ayot St Lawrence
Dəfn yeri Shaw's Corner
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ad və titullar o şəxslər üçündür ki, onların ölkələri qarşısındakı xidmətləri şübhəsizdir, amma xalq üçün naməlumdur.
  • Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər.
  • Ağıllı insan dünyaya uyğunlaşmağa çalışır, ağılsız dünyanı inadla özünə uyğunlaşdırmağa çalışır. Ona görə də tərəqqii çox vaxt ağılsızlardan asılı olur.
  • Axmaq adam utandığı bir işi görəndə həmişə bunun onun vəzifəsi olduğunu bəyan edir.
  • Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz.
  • Alkoqol — həyat adlanan şey üzərində əməliyyat aparmağa imkan yaradan anesteziyadır.
  • Allahı tapmaq üçün ən yaxşı yer bağçadır. Onun üçün orada qaza bilərsiniz.
  • Ana instinkti sayəsində qadın birinci dərəcəli kişinin yüz səhmindən bir səhminə malik olmağı, ikinci dərəcəli kişiyə aid bütün səhmlərə malik olmaqdan üstün tutur.
  • Aşkar suala cavab vermək daha çətindir.
  • Atdığınız yumruğa cavab verməyən adamdan çəkinin: O həm sizi bağışlamaz həm də özünüzü bağışlamanıza imkan buraxmaz.
  • Azadlıq məsuliyyəti bildirir. Ona görə də əksər insanlar ondan qorxur.
  • Bacaran edir, bacarmayan öyrədir.
  • Başqalarına xoşbəxtlik bəxş etmədən xoşbəxtlikdən, işləmədən zənginlikdən həzz almağa haqqımız yoxdur.
  • Bayağılıq yorğun həqiqətin özüdür.
  • Bədbəxtliyimizin sirri ondadır ki, xoşbəx olub olmadığımızı götür-qoy etmək üçün asudə vaxtımız həddindən artıq çox olur.
  • Bədbin hər kəsi özü kimi sanan və buna görə də onlara qəzəblənən insandır.
  • Bədən gec-tez insanı bezdirir. Düüşüncədən başqa heç bir şey gözəl və maraqlı olmur. Çünki həqiqi həyat düşüncədir.
  • Bəyənmədiyiniz bir şeyi alqışlamaq, yalan danışmanın bir çox növündən biridir.
  • Bəzən insanları güldürmək lazımdır ki, onların diqqətini sizi asmaq niyətindən yayındıra biləsiniz.
  • Bəzi adamlar real şeyləri görəndə soruşurlar:"Bu nəyə görə belədir?" Amma mən təbiətdə olmayan şeyləri arzulayaraq deyirəm: "Bu nəyə görə axı belə olmamalıdır".[1]
  • Bəzi adamları güldürmək lazımdır ki, sizi boğazdan asmaq niyyəti yadlarından çıxsın.
  • Bəziləri mədələri üçün yemək, digərləri də yeməkləri üçün mədə axtararlar.
  • Bəzi insanlar real olan şeyləri görür və soruşurlar: "Bu niyə belədir?". Mən isə təbiətdə mövcud olmayan şeyləri arzulayıram və belə deyirəm: " Bu niyə belə olmasın?".
  • Bilirsinizmi insanlar nə üçün ölür?… -Tənbəllikdən, inancsızlıqdan və həyatda yaşamağın dəyərini bilmədiklərindən.
  • Biliyə aparan yeganə yol zəhmətdir.
  • Biliyin olmadığı yerdə nadanlıq özünü elm adlandırır.
  • Bir çox böyük həqiqətlər əvvəlcə təhqiredici olub.
  • Bir dəfə, səadət arxasınca qaçarkən, onu elə bir vaxtda tapacaqsınız ki, bu, qoca bir qarının eynəyini axtarmasına bənzəyəcək. Onun kimi başa düşəcəksiniz ki, xoşbəxtliyiniz lap gözünüzün qabağında imiş.
  • Bir kişi və ya qadının nə şəkildə yetişdiyini bir döyüşdəki hərəkətlərindən anlaya bilərsiniz.
  • Bir millətin əxlaqı dişləri kimidir-çürüdüyü zaman ağrısını hiss edər.
  • Bir şeyi bacaran kimsə iş görür, bacarmayanlar isə başqalarına dərs keçirlər.
  • Biz göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, indi bizim çatışmayan yeganə cəhətimiz var, yerdə insan kimi yaşamağı öyrənmək.
  • Biz İngiltərədə geyim və ədəb-ərkanla çox narahat olmuruq , çünki bir millət olaraq yaxşı geyinmirik və ədəb-ərkanımız yoxdur.
  • Biz abır-həya mühitində yaşayırıq. Biz çılpaq bədənimizdən utandığımız kimi, hər şeydən, özümüzdən, qohumlardan, gəlirlərimizdən, tələffüzümüzdən, həyat təcrübəmizdən utanırıq.
  • Biz doğma nitqimizin gözəlliyini yad səmalar altında eşidəndə hiss edirik!
  • Biz xoşbəxtlikdən istifadə edə bilmirik. Çünki, biz onu qazanmadığımız var-dövlətdən istifadə edə bilmədiyimiz kimi tətbiq etmirik.
  • Biz nə isə etməyi dayandıranda yaşamağı da dayandırmış oluruq.
  • Biz özümüz xoşbəxtlik yaratmırıqsa, onu istəməyə haqqımız yoxdur.
  • Bu da mənim üçün yeni bir təcrübə olacaq.
  • Bürokratiya məmurlardan, aristokratiya bütlərdən, demokratiya isə bütpərəstlərdən ibarətdir.
  • Bütün senzuralar hər kəsin mövcud konsepsiyalara və mövcud qurumlara meydan oxumasının qarşısını almaq üçün mövcuddur. Bütün irəliləyişlər mövcud konsepsiyalara qarşı çıxmaqla başlanır və mövcud institutları sıxışdırmaqla həyata keçirilir. Deməli, irəliləyişin birinci şərti senzuranın aradan qaldırılmasıdır.
  • Bütün şairlər bu cür edir: onlar özü-özləri ilə ucadan danışır, dünya isə gizlincə onlara qulaq asır. Amma başqasının nitqini eşitməmək bir o qədər də dəhşətli deyil.
  • Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm.
  • Cahil insan hər yerdə var və hər yerdə də yersizdir.
  • Cənnətdə bir mələk xüsusi adam deyil.
  • Ciddi mənada qanmaz olmadan, birtərəfli mütəxəssis olmaq olmaz.
  • Darıxdırıcı qadınla yaşamaqdansa, qocasıyla yaşamaq daha asandır. Düzdür, bəzən onları boğub öldürürlər, amma nadir hallarda tərk edirlər.
  • Demokratiya, layiq olduğumuzdan daha yaxşı idarə olunmayacağımızı zəmanət edən bir sistemdir.
  • Demokratiya — sizin başınızın üzərindəki hava şarıdır, gözlərinizi zilləyib ona baxdığınız vaxt o birilər sizin ciblərinizi boşaldır.
  • Dərsliyi oxumaq üçün yararsız kitab kimi təyin etmək olar.
  • Dəyişiklik olmadan irəliləyiş mümkün deyil və fikrini dəyişə bilməyənlər heç nəyi dəyişə bilməzlər.
  • Dəyişkənliyində qadın şəlalə kimi sabitdir.
  • Diş ağrısı çəkənlər dişləri sağlam olanları; yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanarlar.
  • Dostluqda və sevgidə gec-tez hesablaşmanın vaxtı gəlir.
  • Dünya — işləmədən pul qazanmaq istəyən avaralardan və hər zaman işləməyə hazır olmalarına baxmayaraq, varlanmayan gicbəsərlərdən ibarətdir.
  • Dünyada heç bir kişi qadın "ovu" qədər qiymətli, uzun müddətli, daha vacib iş görə bilməz.
  • Dünyada sevgilərin hamısı danışmağa can atır, amma, bacarmır, çünki o utanır.
  • Elm həmişə haqsızdır. O heç bir sualı ortaya onlarca yeni sual qoymadan həll edə bilməz.
  • Etirazlarım demokratik, zövqlərim aristokratikdir.
  • Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz.[2]
  • Əgər kimsə xoşbəxtlik ardınca qaçırsa, onu tapacaq. Öz eynəyini axtaran qoca qarı kimi siz görəcəksiniz ki, xoşbəxtlik həmişə burnunuzun ucunda imiş.
  • Əgər insan 40 yaşına qədər aşiq olmayıbsa, yaxşı olar ki, sonra da aşiq olmasın.
  • Əgər kişi ilə qadın eyni yaşdadırlarsa, qadın kişidən daha böyük görünər. Çünki birlikdə olan müddət ərzində qadın 10 ilin əzabını çəkmiş olur.
  • Əgər sənin bir alman varsa, əgər mənim bir almam varsa, əgər almalarımızı dəyişsək, yenə hərəmizin bir alması olar. Əgər sənin bir ideyan varsa, əgər mənim bir ideyam varsa, əgər ideyalarımızı dəyişsək, onda hərəmizin iki ideyası olar.
  • Əgər siz adamı nəyəsə oyrədirsinizsə, o, bunu heç vaxt öyrənməyəcək.
  • Əgər təcrübə, öyrətmək qabiliyyətinə malik olsaydı o vaxt London küçələrinə döşənmiş daşlar ən müdrik adamlardan belə ağıllı olardılar.
  • Ən yaxınına qarşı ən böyük günah — nifrət deyil, biganəlikdir, biganəlik qeyri-insanlığın ən yüksək zirvəsidir.
  • Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı üzə çıxır.
  • Ərin, yaxud arvadın tərbiyəsi onların dava-dalaşı zamanı özünü daha qabarıq göstərir.
  • Gecə qocalara rahatlıq, gənclərə isə ümid gətirir.
  • Gerçək budur: Azadam, sağlamam, xoşbəxtəm və sıxıntıdan partlayıram!
  • Gənckən etdiyim on şeydən doqquzunun müvəffəqiyyətsizliklə nəticələndiyini görmüşdüm. Bunun üçün on qat daha çox işə başladım.
  • Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənmək.
  • Fəzilət, ehtirasların olmamasından yox, onların idarə edilməsindən ibarətdir.
  • Fəzilət, qüsurdan uzaq olmaqdan yox, ona cəhd etməməkdən ibarətdir.
  • Hamımız yenidən doğulmalıyıq. Sonra bir daha da, bir daha da doğulmalıyıq.
  • Heç bir şey ayağınıza gəlməz, heç olmasa yaxşı olan heç bir şey. Hər şeyi gedib özünüz almanız lazımdır.
  • Heç eşitmisinizmi ki, kişi öz məşuqəsinə 1001 gecəlik nağıl danışsın? Xeyr. Yalnız qadınlar kişilərə 1001 gecəlik nağıl danışa bilər.
  • Heç nəyə inanmayan insan hər şeydən qorxur.
  • Heç vaxt səhvlərə işarə etməyin, əgər onları necə düzəltməyi bilmirsinizsə.
  • Heyvanlar mənim yoldaşlarımdır və mən yoldaşlarımı yeyə bilmərəm.
  • "Hələlik" sözünü 30 sözdən az kəlməylə ifadə eləməyə müvəffəq olan qadın dünyaya gəlməyib.
  • Həm fiziki həm mənəvi münasibətlər zamanı qadınlar da, kişilər kimi xırdaçıl olsa idi, dünyanın axırı gəlmiş olardı.
  • Hər bir axmaq — adamı güldürə bilər. Mən bu gülüşün arxasında göz yaşlarını görmək istəyirdim.[3]
  • Hər bir cəmiyyət dözümsüzlük üzərində qurulsa da, bütün tərəqqi tolerantlıq üzərində qurulur.
  • Hər kəsin bildiyi şeyi gizli saxlamaq daha asan olur.
  • Hər sözü bir şəkildə izah edən çincədə "risk" iki şəkil yan-yana gətirilərək yazılar: Təhlükə və fürsət.
  • Hər şey nisbidir. İnsanların sizin düşündüyünüzdən fərqli düşünmək hüququna malik olduğunu və onlardan gözlədiyinizi etmədiyini dərk etməlisiniz. Yəqin ki, onlar səni sevirlər, amma sevgiləri sənin istədiyin şəkildə özünü göstərməyə bilər.
  • Hər şeyi bağışlamağın sirri heç nə anlamamaqdır.
  • Hər şeyi düşünmək, düşündüklərini nizama salmaq deməkdir.
  • Hətta ən səxavətli insan çalışır ki, hər gün aldığına görə az pul ödəsin.
  • Həyat, insanlar öləndə gülməli olduğunu, insanlar güləndə isə ciddiliyini itirmir.
  • Həyat mənim üçün əriməyən şamdır. Bu, bir növ əlimə düşən məşəli gələcək nəsilə ötürmək əvəzinə onu daha da parlaq yanmağa məcbur etməyimə oxşayır.
  • Həyatda həqiqi xoşbəxtlik budur: uca olduğunu qəbul etdiyiniz bir amal üçün var olmaq.
  • Həyatda iki faciə var. Birinci faciə — ən gizli istəyinizə nail olmamaq, ikinci- olmaq.
  • Həyatı həqiqi işıqda görən, amma onu romantikcəsinə izah edən insan ümidsizliyə məhkumdur.
  • Hökmdarlıq sənəti bütləşməni təşkil etməkdir.
  • Xoşbəxtlik qapınızı hər gün ən azı bir gün döyür, amma təəssüf ki, siz evdə olmursunuz.
  • Xoşbəxtliyi istehsal etmədən istehlak etməyə haqqımız yoxdur.
  • Xoşlandığınız şeyi əldə etməyə baxın, yoxsa əldə etdiyinizdən xoşlanmağa çətinlik çəkə bilərsiniz.
  • İdeal kişi — ideal həyat yoldaşının olduğunu düşünən kişidir.
  • İndi quşlar kimi havada uçmağı, su altında balıq kimi üzməyi öyrəndiyimizə görə, bizdə yalnız bir şey çatışmır: yer üzündə insanlar kimi yaşamağı öyrənmək.
  • İndiki vaxtda ideal eşq əlaqəsi məktubla davam etdiriləndir.
  • İnsan dərrakəsinin dərinliyi əldə edilmiş təcrübələrin sayı ilə yox, onların keyfiyyəti ilə ölçülür.[4]
  • İnsan ən uca zirvələrə yüksələ bilər, amma orada çox dayana bilməz.
  • İnsan həyatında iki faciə var: birinci- onun arzusu həyata keçmir, ikinci- həyata keçir.
  • İnsan kərpic kimidir — bişdikcə möhkəmlənir.[5]
  • İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar.
  • İnsan pələngi öldürmək istəyəndə buna idman , pələng insanı öldürmək istəyəndə isə qəddarlıq deyir.
  • İnsan yalnız bir şeydən başqa öz hərəkətlərinə hər cür səbəb, cinayətlərinə hər cür bəraət, təhlükəsizliyinə hər cür dəlil axtarır. Bu bir şey onun qorxaqlığıdır.
  • İnsanı yaltaqlığın özü yox, onun yaltaqlığa layiq hesab edilməsi ələ alır.
  • İnsanlar çox danışana və çox nəsihət verənə qulaq asmırlar.
  • İnsanlar həmişə günahı şəraitin üstünə yıxırlar. Mən şəraitin gücünə inanmıram. Bu dünyada yalnız özünə lazım olan şəraiti axtaran adam uğur qazanır. Əgər tapmırsa, onları özü yaradır.
  • İnsanlar təcrübələri nisbətində deyil, başına gələnlərin qoyduğu izlərdir.
  • İnsanlar yalnız biz onlara qarşı çıxdıqda bizə maraqlı məlumatlar verirlər.
  • İnsanlara həqiqəti söyləmək istəyirsənsə, onları güldür, əks halda səni öldürərlər.
  • İnsanlara münasibətdə ən böyük günah insanlara nifrət bəsləmək yox, insanlara qarşı biganə olmaqdır.
  • İnsanları sizi asmaq istəyindən yayındırmaq üçün hərdən onları güldürmək lazımdır.
  • İradə olmayan yerdə fayda da yoxdur.
  • İstənilən şərin kökündə pul çatışmazlığı dayanır.
  • Kiçik insanların arasında böyük insanlar, böyük insanların arasında böyük insanlar var.
  • Kimisə sevmək daim başqası ilə müqayisə etmək deməkdir.
  • Kişi üçün sədaqət- pələng üçün qəfəs kimidir. Bu, onun təbiətinə ziddir.
  • Kişinin və qadının tərbiyəsi mübahisə zamanı özlərini necə aparmaları ilə yoxlanılır.
  • Qadın biliciləri nadir hallarda optimizmə meyillidirlər.
  • Qadının həyat tələbi tezliklə ərə getmək, kişinin tələbi isə bacardığı qədər gec evlənməkdir.
  • Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır.
  • Qadınlar bizim onlara kiminlə xəyanət etməyə hazır olduğumuzu dərhal duyurlar, bəzən hətta bu, bizim ağlımıza gəlməmişdən əvvəl.
  • Qadınlar hər şeyin altını üstünə çevirirlər. Qadını öz həyatınıza buraxsanız, görəcəksiniz ki, ona bir, sizə isə tamam başqa bir şey lazımdır.
  • Qadınlar niyə həmişə başqalarının ərlərini istəyər? Onlar öyrədilmiş olduqlarına görə.
  • Qadınlar uşaq kimidirlər, yox deməyi sevər, kişilərdə uşaq kimi bu cavabı ciddi qəbul edər.
  • Qadınlar ümumiyyətlə başa düşmürlər ki, kişilər necə zəif, qorxaq məxluqdurlar.
  • Qəhrəmanlığın sirri: heç vaxt ölüm qorxusunun həyatınıza hakim olmasına icazə verməyin.
  • Qəzet — velosipeddən yıxılmaqla sivilizasiyanın çökməsi arasındakı fərqi görməyən yayım orqanıdır.
  • Qırx yaşına kimi aşiq olmayan insanın qırx yaşından sonra da aşiq olmaması məsləhətdir.
  • Qızın yaxşı bir ailə qurursa, bir oğul da qazanmısan, əks halda isə qızını da itirərsən.
  • Qocalığın adi həyat təcrübəsini gəncliyin enerjisi ilə uyğunlaşdırmaq ən düzgün yoldur.
  • Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddur.
  • Qonşuya münasibətdə ən böyük günah kin deyil, biganəlikdir; bu, həqiqətən də qeyri-insaniliyin zirvəsidir.
  • Qorxmayın, xoşbəxtlik duymadan yaşamağı öyrəndi o gənc!
  • Qorxunun köləsi olmaq köləliyin ən pis növüdür.
  • Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.
  • Quşlar kimi havada uçmağı, balıq kimi su altında üzməyi öyrəndiyimizə görə, bizə yalnız bir şey çatışmır: yer üzündə insanlar kimi yaşamağı öyrənmək.
  • Qüsur, həyat gücünün itirilməsidir.
  • Məktəbə getməsəydim nə qədər şey öyrənərdim!
  • Məlumat pula bənzər, qazandıqca ehtirasa çevrilər, ancaq bu yaxşı bir ehtirasdır.
  • Mən Alfred Nobelin dinamit ixtirasını bağışlamağa hazıram, lakin Nobel mükafatını yalnız insan şəklində olan şeytan ixtira edə bilər.
  • Mən döyüşməyi yox, qalib gəlməyi sevirəm.
  • Mən heç vaxt məni yoldan çıxaran şeylərə qarşı çıxmıram. Təcrübədən bilirəm ki, mənə zərər verəcək şeylər məni yoldan çıxara bilməz.
  • Mən içki içmirəm, siqaret çəkmirəm və şərait məni boş-boşluğa vadar edəndə cansıxıcılıqdan fırıldaqçı olmaqda qərarlı olmaq düzgündür.
  • "Mən onu sonsuza qədər sevəcəyəm." "Onun atası kimi soruşa bilərəmmi, onu nə ilə əbədi sevəcəksən?"[6]
  • Mən yalnız onu istəyirəm ki, hər şey həmişə mənim dediyim kimi olsun.
  • Mənə elə gəlir ki, nə istəsəm edə bilərəm, çünki artıq istədiyim heç bir şey yoxdur.
  • Məni bir əntiq əşya olaraq saxlamağa çalışırsan, amma işim bitdi. Öləcəyəm.
  • Məni tərifləyə biləcək başqa birini niyə tapım, öz özümü tərifləyə bilirəmsə.
  • Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır.
  • Müasir cəmiyyətdə heç nəyə inanmayan varlı adamlar əxlaqdan məhrum yoxsul qadınlardan daha təhlükəlidirlər.
  • Müqəddəsi başa düşmək üçün əvvəlcə şeytanı dinləmək lazımdır.[7]
  • Münaqişə yoxdursa, dram da yoxdur. Rəqib səhnədə və ya onun arxasında ola bilər, amma dramda o, mütləq iştirak edir.
  • Nabələd adam üçün hər bir peşə sui-qəsdir.
  • Necə olursa, qadınlar ona kiminlə xəyanət edəcəyimizi dərhal bilirlər. Bəzən bunu xəyanət ağlımıza gələnə qədər edirlər.
  • Nə vaxtsa dostluqda da, sevgidə də haq-hesab çəkməyin vaxtı gələcək.
  • Nifrət, keçirdiyi qorxu hissinə qarşı qorxağın qisasıdır.
  • Nobel Mükafatı, üzgüçüyə təhlükəsiz şəkildə sahilə çatdıqdan sonra ona atılan xilasedici ipdir.
  • O adam kasıb deyil ki, az şeyi var, kasıb o adamdır ki, çox şey istəyir.
  • O heç nə bilmir, ancaq fikirləşir ki, hər şeyi bilir: onun soyunda siyasətçi olmaq yazılıb.
  • Oğru ilə varlı arasında fərq: oğru varlını, varlı isə yoxsulu soyur.
  • Oğru varlını, varlı isə yoxsulu soyur.
  • Optimist- bu, özü və başqaları haqqında pis düşünən və buna görə onlara nifrət edən adamdır..
  • Özünə arzuladığını başqasına arzulama. Bəlkə onun zövqü başqadır.
  • Özünüzü hər şey barədə düşünməyə öyrəşdin, amma həqiqətdə olduğu kimi düşünün, deyildiyi kimi yox!
  • Öz dilini bilməyən tam şəkildə bilməyən başqa dilləri də bilməz.
  • Paradokslar- yeganə həqiqət budur.
  • Protestantların öz prinsiplərinə tamamilə uyğun olmaq gücü yox idi və yeni kilsə qurdular; lakin buna baxmayaraq, bütövlükdə hərəkat tutduğu istiqaməti əsaslandırdı. Bu gün protestantizmdə fövqəltəbii element yoxa çıxıb.
  • Pul dünyada ən vacib şeydir. Sağlamlığı, gücü, şərəfi, səxavəti və gözəlliyi ifadə edir, necə ki, yoxsulluq xəstəliyi, zəifliyi, rüsvayçılığı, alçaqlığı və çirkinliyi ifadə edir.
  • Pul məni yedizdirib-içizdirər, ancaq dərd və qayğılarıma çarə ola bilməz.
  • Pulu kölə edin, yoxsa o sizə ağa olar.
  • Pulun olmaması bütün pisliklərin köküdür.
  • Pyesin keyfiyyəti onun ideyalarının keyfiyyətidir.
  • Reputasiya — maskadır, insan necə şalvar və pencək geyinir, eynilə onu da geyinir.
  • Rəqs — horizontal arzunun vertikal ifadəsidir.
  • Sağlam düşüncə və əməksevərlik sizdəki istedad çatışmazlığını kompensasiya edəcək, onda siz dahilərin dahisi ola bilərsiniz, ancaq axmaqlıqla bütün həyatınızı məhv edə bilərsiniz.
  • Sevdikləriniz üçün özünüzü qurban verməklə başlasanız, özünüzü qurban verdiyiniz insanlara nifrət edərsiniz.
  • Sevgi bir adam ilə digər qalanları arasında fərqin kobud şişirdilməsidir.
  • Sevgi, insanın yalnız şəxsi və intim məsələsi olması üçün çox böyük duyğudur!
  • Sədaqət! Onda xüsusiyyətçi xəsisliyi vardır. Başqa birisinin götürməsindən ehtiyat etməsək, biz bir çox şeyləri çox həvəslə ata bilərdik.
  • Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir.
  • Səhv siçan dəliyindən keçər, düzgünlük isə qapılara sığmaz.
  • Səmimi olmaq elə də çətin olmamalıdır, xüsusilə əgər siz həm də səfehsinizsə.
  • Sənin zərbənə cavab veməyənlə mübarizə apar.
  • Siz var olan şeyləri görür və belə deyirsiniz: "Nə üüçün?". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm: "Nə üçün olmasın?".
  • Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq.
  • Sizə nə qədər demişəm öndə olan düşmənlərdən nə qədər seçirsiniz seçin, lakin onları arxada buraxın.
  • Sözdə qadınların siyasi gücləri yoxdur. Amma ağıllı qadınlar, axmaq ərlərini heç bir əziyyət çəkmədən parlamentə soxar, hətta nazir kürsüsündə belə otuzdurar
  • Şöhrətpərəstliklə möhkəmlənməyən axmaqlıq heç bir nəticələr vermir.
  • Tamaşanın keyfiyyəti onun ideyalarının keyfiyyətidir.
  • Tanrı nədir? Bunu bilsəydik, özümüz tanrı olardıq.
  • Tanrıların zahiri çoxluğu ilk baxışda çaşdırır; lakin siz indi kəşf edirsiniz ki, onların hamısı müxtəlif aspektlərdə və funksiyalarda və hətta cinslərdə eyni bir Tanrıdır. Həmişə şəxsiyyətə meydan oxuyan bir tək Allah var. Bu Hinduizmi dünyanın ən dözümlü dini edir, çünki onun tək transsendant Tanrısı bütün mümkün Tanrıları ehtiva edir… Əslində Hinduizm o qədər elastik və o qədər incədir ki, ən dərin metodist və ən kobud bütpərəst dində eyni dərəcədə öz yerindədir.
  • "Tarix nə deyəcək?" "Tarix, əfəndim, həmişə olduğu kimi yalan danışacaq."[8]
  • Tarixdən götürüləcək yeganə dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər.
  • Təbiət boşluğu sevmir, orada ki, insanlar həqiqəti bilmirlər, bu boşluğu uydurma və əfsanələrlə doldurmağa başlayırlar.
  • Təbiətin boşluqlara dözümü yoxdur, haradakı insanlar həqiqətləri bilmirlər, onlar o boşluğu mövhumatla doldururlar.
  • Təcrübədən daha güclü müəllim yoxdur, lakin öyrənmək istəyi olmadıqca, təcrübədən bir şey öyrənilməz.
  • Təhlükədən qorxanlar üçün təhlükə həmişə mövcuddur.
  • Təkliyə dözmək bacarığı və ondan həzz almaq böyük istedaddır.
  • Tənhalığa tab gətirmək və ondan zövq almaq böyük vergidir.
  • Tənqidçilər və digər insanlar gözlərinin qabağında olanları yox, axtardıqları şeyi görürlər.
  • Tərəqqiyə qarşı etiraz həmişə əxlaqsızlıqla əlaqələndirilib.
  • Təslim olan düşməndən qorun.
  • Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.
  • Ümidləri heç vaxt puça çıxmayanlar heç vaxt ümid etməyənlərdir.
  • Ümumiyyətlə, insanları hakimiyyət korlamır. Amma axmaqlar hakimiyyətdə olanda hakimiyyəti korlayırlar.
  • Vətənpərvərlik, prinsipcə, müəyyən bir ölkənin dünyanın ən yaxşısı olduğuna inamdır, çünki siz orada doğulmusunuz ..
  • Yalan danışmaq meşəyə girmək kimidir:Nə qədər irəli getsən o qədər azacaqsan.
  • Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kəsə inanmamasıdır.
  • Yaşlılar üçün rahatlıq, gənclər üçün ümid gizlidir gecənin qoynunda.
  • Yaşlılığın iki üstünlüyü var: dişləriniz ağrıyır və ətrafınızda deyilən cəfəngiyyatlara qulaq asmağı dayandırırsınız .
  • Yarıya qədər dolu olan su bardağı haqqında nikbin adam "yarısı doludur", bədbin adam isə "yarısı boşdur" deyir.
  • Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır.
  • Zərbənizə cavab verməyəndən çəkinin.

İstinadlar

redaktə
  1. Antoni Robins. İçindəki divi oyat. Bakı, 2020.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.74
  3. Xəzinə. Bakı, 1997. səh.57
  4. Antoni Robins. İçindəki divi oyat. Bakı, 2020.
  5. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  6. [1] Цитаты и афоризмы.
  7. Xəzinə. Bakı, 1997, səh.125.
  8. [2] Цитаты и афоризмы.