Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar. Qırğız atalar sözləri
Axmaq adam özündən başqasını sevməz. Rus atalar sözləri
Axmaq adam səsini qaldırar, ağıllı ancaq gülümsəyər. Benqal atalar sözləri
Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə. Rus atalar sözləri
Axmaq dediyini deyir, eşidən ağıllı olsun. Ləzgi atalar sözləri
Axmaq düzü damcı-damcı udar, yalanı - qaşıq-qaşıq. Rus atalar sözləri
Axmaq həmişə ortaya dürtülər. Monqol atalar sözləri
Axmaq həmişə öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı isə həmişə arxada dayanır ki, hamını görə bilsin (Silva Karmen:Alman yazıçısı)
Axmaq öz axmaqlığını heç vaxt boynuna almaz. Ləzgi atalar sözləri
Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir (Klod Adrian Helvetsi:Fransız filosofu)
Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var. Sədi
Axmağın balacası atını tərifləyər, böyüyü özünü. Monqol atalar sözləri
Axmağın min sözü, ağıllının bir sözünə dəyməz. Qırğız atalar sözləri
Axmağın həyatı zəhərdən də acıdır. (Həzrəti İsa əleyhissalam)
Axmaqlar ən çox müdriklikdən, vicdansızlar isə vicdandan dəm vururlar. Paul Ernest
Axmaqları xüsusi olaraq yetişdirmirlər, onlar özləri yetişir. Tomas Fuller
Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir. Mark Tven
Axmaqlıq və dahilik arasındakı fərq; dahiliyin sərhədləri olmasıdır. Albert Eynşteyn
Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
Axtardığını bilməyən axmaq-tapdığını anlaya bilməz (KloD Bernard:Fransız həkimi)
Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. Sokrat
Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. - Bencamin Franklin
Аğıllı kаmаl ахtаrаr, ахmаq vаr-dövlət. Azərbaycan atalar sözləri
Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər. Adıgey atalar sözləri
Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. Jan Batist Molyer
Birinci dəfə bağışlamaq müdriklik, ikinci dəfə bağışlamaq rəhmlilik, üçüncü dəfə bağışlamaq axmaqlıqdır. (Al Paçino)
Danışıb axmaqlığınızı ortaya qoymaqdansa, danışmayın. Heç olmasa insanların şübhələri aradan qalxsın Avraam Linkoln :ABŞ-ın 16-cı prezidenti)
Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. Qautama Budda
Ən axmaq insan özünü hamıdan ağıllı biləndir. Əli
Ən pis yoxsulluq axmaqlıqdır. [1] Əli
Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. Bob Dilan
Hətta dahiliyin də sərhədləri var, axmaqlıq isə heç bir sərhəd tanımır. Aleksandr Düma
Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan. Jan de Labrüyer
Kimsə sizin qarşınızda özünü ağıllı göstərir? Sən də özünü axmaq kimi göstər. Sonra isə əsl axmağı keyflə seyr et. Çarli Çaplin
Öz axmaqlığını görmürsənsə-axmaqsan, görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən (Mari Fransua Arue Volter:Fransız filosofu və yazıçısı)
Öz nöqsаnlаrını görmür, özgələrinin nöqsаnlаrını dеməyə аdət еdib (Azərbaycan atalar sözləri )
Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır. - Alman atalar sözləri
Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar. Bualo
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014