A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
  • Allah olmasaydı, onu uydurmaq lazım gələrdi. Volter

Ə redaktə

  • Əgər seçim həqiqətlə uydurma arasındadırsa, ağıla seçmək lazım gəlmir. Mark Tulli Siseron

H redaktə

  • Heç kim sənə sevgini öyrədə bilməz. Sevgi, şüurunuzu daha yüksək səviyyələrə qaldıraraq, özünüzü, varlığınızda tapmalısınız. Sevgi gələndə isə məsuliyyətdən söhbət gedə bilməz. Hər şeyi sevdiyiniz insan üçün etməkdən həzz aldığınız üçün edirsiniz. Siz insanı məcbur etmirsiniz, qarşılığında heç nə istəmirsiniz, hətta minnətdarlıq belə istəmirsiniz. Əksinə, o şəxs sizə onun üçün nəsə etməyə icazə verdiyinə görə minnətdarsınız. Bu, sənin sevincin, saf sevinc idi. Sevgi heç bir məsuliyyət bilmir. Çox şey edir, çox yaradıcıdır; sahib olduğu hər şeyi paylaşır, amma bu, məsuliyyət deyil, unutmayın. Məsuliyyət sevgi ilə müqayisədə çirkin bir sözdür. Sevgi təbiidir. Məsuliyyəti Allah adına, millət adına, ailə adına, din adına sizə ağalıq etmək istəyən hiyləgər keşişlər, siyasətçilər yaradır -- istənilən uydurma iş görəcək. Amma sevgidən danışmırlar. Əksinə, hamısı sevgiyə qarşıdır, çünki sevgi onlar tərəfindən idarə oluna bilmir. Sevgili insan heç bir əxlaq kodeksinə görə deyil, öz ürəyindən hərəkət edir. Sevgili adam orduya getməz, çünki milləti üçün döyüşmək onun vəzifəsidir. Sevgili adam deyəcək ki, millət yoxdur, döyüşdən söhbət gedə bilməz. Oşo
  • Həqiqət, uydurmadan qeyri-adidir. Çünki, uydurma, həqiqətə uyğunluq çərçivəsində yer alır, həqiqət isə yox. Mark Tven
  • Hökumətin xalqı təmsil etməsi uydurmadır, yalandır. Lev Tolstoy

İ redaktə

  • İnsanın kosmosa uçması kilsə adamlarına sarsıdıcı zərbə vurdu. Mənə gələn məktub axınlarında, möminlərin elmi nailiyyətlərin təəssüratları altında Allahdan imtina etdikləri, heç bir Tanrı olmadığını və onun adı ilə əlaqəli hər şeyin uydurma və cəfəngiyat olduğunu qəbul etdikləri etirafları məmnuniyyətlə oxudum. Yuri Qaqarin

T redaktə

  • Təbiət boşluğu sevmir, orada ki, insanlar həqiqəti bilmirlər, bu boşluğu uydurma və əfsanələrlə doldurmağa başlayırlar. Corc Bernard Şou

Y redaktə

  • Yalnız uşaqkən gülər insan, Digərləri uydurma. Çünki insan böyüdükcə gülməli olana deyil, acılara gülməyi öyrənər əslində... Bob Marli
  • Yazıçılıq, yazmaq: uydurmaq deyil seçməkdir. Yılmaz Ərdoğan

İstinadlar redaktə