- Bal arısı çiçəklərdən balı tədricən topladığı kimi, hökmdar da vətəndaşlarından vergi yığaraq xəzinəni tədricən doldurmalıdır. Çanakya
- Bay vergini artıranda kasıb çarığını çıxarar. Qırğız atalar sözləri
- Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik. Heydər Əliyev
- Biz həmişə vergiləri dövlətin damarı hesab etmişik. Mark Tulli Siseron
- Həyatda ölüm və vergi var. Lakin vergi daha qorxuludur. Çünki ölüm cəmi 1 dəfə, vergi isə hər il baş verir. Terens Pratchett
- Seks vergi tutulmayan sonuncu vacib insan fəaliyyətidir. Beyker
- Vergilərin aşağı salınmasına inanmağımın səbəbi hər şeydən əvvəl ona inanmağımdır. Corc Uoker Buş
- Zəngin subaylara ağır vergi tətbiq olunmalıdır. Çünki heç bir kişi digərindən daha xoşbəxt ola bilməz. Oskar Uayld