XX əsr
əsr
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. İlham Əliyev
C
redaktə- Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. İlham Əliyev
- C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir. Səməd Vurğun
- Coğrafi mövqe etibarilə Avropa ilə Asiya arasında yerləşən Qafqaz, milli ünsürlər və mədəni dəyərləri baxımından da iki aləmi təşkil edən bir keçiddir. XIX əsrin Avropasında hökm sürən, indi də XX əsr Asiyasını bürüyən böyük fikir, milli istiqlal fikri burada mütləq zəfər çalacaqdır. Məhəmməd Əmin Rəsulzadə
F
redaktə- Faşizm bir dindir. XX əsr tarixdə faşizm əsri kimi tanınacaq. Benito Mussolini
H
redaktə- Hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq neçə illərdir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımına və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir. Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq. Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdən bəri erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev siyasətinin ayrılmaz bir hissəsi idi. Heydər Əliyev hər bir xarici səfərinə Azərbaycanın xəritəsini də aparır və orada keçirilən görüşlər zamanı rastlaşdığı insanlara bütün həqiqətləri, faktları çatdırırdı və bunu hər bir azərbaycanlıya tövsiyə edirdi. Bu gün də həmin siyasət davam etdirilir. Mehriban Əliyeva
İ
redaktə- XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən” və "millət” ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib.[1]
- Elçin - Azərbaycan yazıçısı.
- XX əsr Rusiyası sürprizlərlə dolu idi. Yalnız bir ölkə Lenini, Xruşşovu və Qorbaçovu istehsal etdi; Şostakoviç, Axmatova, Kapitsa, Saxarov və Pavlovu da böyüdüb. QULAQ-ın kədərli sakinlərindən tutmuş Hitlerə qalib gəlmiş Qırmızı Ordunun qürurlu əsgərlərinə qədər onun sadə insanları dövrümüzün tarixinin əsas məqamlarının simvoluna çevrilmişdir. Rusiya iki dünya müharibəsi, vətəndaş müharibəsi, zorakı iqtisadi transformasiya, diktatura və terrordan keçdi. O, fövqəldövlətə çevrildi, sonra isə olmaqdan çıxdı. O, əsasən kənd təsərrüfatı və savadsız bir imperiya idi və bu gün təhsilli, sənaye və sərhəd domenlərindən məhrumdur. "Rusiya" əsr boyu dəyişməyi dayandırmadı. Onun özünü, qonşularını və dünyanı təəccübləndirmək qabiliyyətinin tükəndiyini düşünmək əsassız olardı. Robert Servis
- XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur. Ona görə də mən çox çalışdım ki, biz XX əsrin tarixini yazaq. Çünki, tariximiz, bir tərəfdən, təhrif olunub, digər tərəfdən isə, bəziləri keçmişdə nə varsa, götürüb qəzetlərdə, kitablarda qaralamağa, pisləməyə başlayıblar. Vaxtilə hamımız gənc idik, o vaxtki, ideologiya bizə nə verirdisə, onu da qəbul edirdik. Biz Kommunist Partiyasının, Oktyabr İnqilabının tarixini, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının, 26 Bakı komissarının tarixini öyrənirdik. Bunun üçün indi günahkar axtarmaq düzgün deyil. Heydər Əliyev
M
redaktə- Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Heydər Əliyev
O
redaktə- Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təssüf ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə girmişdir. Bundan xilas olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizm-leninizm elmini, onun prinsiplərini, Marksı, Lenini ideallaşdırmışdırsa, indi də ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm: Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvələrində və xüsusən, 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Bu şəksiz-şübhəsizdir. Ancaq gəlin, açıq danışaq: belə çıxır ki, tariximizdə Məmmədəmin Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov, Hacinski, Əlimərdanbəy Topçubaşov, Behbudbəy Şahtaxtinski və başqaları?! Heydər Əliyev