Xaqani Şirvani
Şair
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun.
BRedaktə
- Bəzən dil sıyrılmış qılınca bənzər,
Sərvaxt ol, başını bədəndən üzər.
CRedaktə
- Cavanlara qocalıq yaraşmadığı kimi,qocalara da cavanlıq yaramaz.
DRedaktə
- Dostluqda və düşmənçilikdə ifratlığa varma.
ƏRedaktə
HRedaktə
- Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.
- Hər bədbəxtliyə döz, ancaq kədər qarşısında baş əymə.
- Həyat diləyirsənsə, hərəkət et. Sükut - ölümdür.
XRedaktə
- Xəsis yemək zamanı toyuğu hinə salar, pişiyi evdən qovar.
- Xudpəsənd olmasan, xalq səni sevər,
Təvazökar olan daim yüksələr. [1]
İRedaktə
- İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir.
- İnsaflı cəza yersiz təltifdən yaxşıdır.
- İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.[2]
KRedaktə
- Keçmişdir o günlər çörək üzündən,
İkidilli olum bilə-bilə mən.
İndi qılınc kimi kəskin dilim var,
Qılınc sıyrılanda kəsərli olar.
Daha məddahlıqla olmaram
Göstərməz doğrunu əyri bu aynam/
MRedaktə
- Mənəm, mənəm deyib öymə özünü,
Həmişə müxtəsər eylə sözünü. Cahildir özünü tərif edənlər,
Çox bilirəm, - demə, - bilsən də əgər. - Məntiqsiz, dəlilsiz yalan danışmaq,
Nadan adamların işidir ancaq.
NRedaktə
- Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik
- Nəcibdən ayrılıb nanəcibə qoşulma.
ÖRedaktə
- Özgənin əlilə adam olanlar,
Dost qədri bilməzlər, nankor olarlar.[3]
SRedaktə
- Sədəf ol ki, üzün sadə ola, qəlbin gövhər kanı.
- Sən məzlumların qayğısını çəkməsən, sənə də kimsə qayğı bəsləməz.
TRedaktə
- Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər.
- Tamahını azalt hörmətin artsın.
- Təmkinli insanlara səbir çox yaraşır.
URedaktə
- Uşağa xoş gələr qırmızı, sarı,
Kişi cummaz lələ, qızıla sarı.