Bir kişinin içdiyi içkinin nədən ibarət olduğunu bilirsinizmi? Onun içki içdiyi o stəkana şərab deyil, arvad-uşaqlarının göz yaşları və qanı doldurulub. Alfons de Lamartin
Bu gün al şərab qədəhini başa çəkəndə düşün ki, sabah ürək qanını qusmalı olacaqsan. Arif Ərdəbili
Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır.Fridrix Nitsşe
El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq. Şəms Təbrizi