A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
  • Ən yüksək elm - müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. Mark Avreli
  • Əsl yaxşılıq və xeyirxahlıq hamı üçün edilən yaxşılıq və xeyirxahlıqdır. Mark Avreli
  • Göstərə biləcək gücündə olduğun keyfiyyətləri göstər: səmimiyyət, ciddilik, zəhmətdə dözümlülük, həzzə biganəlik, aza qane olmaq bacarığı, xeyirxahlıq, açıqlıq, səthi şeylərə nifrət, saxta səxavətlikdən azad olma. Mark Avreli
  • Xeyirxahlıq et və bu barədə danış. Robert Kennedi
  • Xeyirxahlıq etmək xeyirxah olmaqdan daha asandır. J.Volfram.
  • Xeyirxahlıq heç vaxt köhnəlməyən libasdır. Toqo Henri Deyvid
  • Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır. Lev Tolstoy
  • Xudpəsəndlik xeyirxahlığı öldürür. Fyodor_Dostoyevski
  • Xeyirxahlığa qarşı çıxmaq mümkün deyil. Əgər siz ən fəhmsiz insana daima xeyirxah münasibət göstərirsinizsə, o sizə nə edə bilər? Mark Avreli
  • Həyatın ən yüksək qayəsi xeyirxahlıq və bilik əldə etməkdir. Solon
  • Hiyləgərliklə edilən "xeyirxahlıq" aşkar edilən açıq bədxahlıqdan qat-qat artıq nifrət doğurur. Lev Tolstoy
  • Üç cür alçaq olur: alçaqlıqlarnı böyük xeyirxahlıq hesab edən sadəlöhv alçaqlar, öz alçaqlıqlarından utanan, lakin onu əldən qoymayan alcaqlar və əsl alçaqlar. Fyodor Dostoyevski

İstinadlar

redaktə