Ayrıca bir insanın həyatı yalnız başqalarının həyatını daha gözəl və daha nəcib etməyə kömək etdiyi dərəcədə mənalı olur. Həyat müqəddəsdir; necə deyərlər, bütün başqa dəyərlərin tabe olduğu ali dəyərdir. Albert Eynşteyn
Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq. Oskar Uayld
Dini doqma həmişə yalnız filosoflar tərəfindən təkzib ediləndə təhlükəsiz olur. Kainatın bütün akademikləri xalqın inancında heç nə dəyişə bilməz. Volter
Dünyada yalnız gözəl olmağı bacaran qadının həyatından bədbəxt, işgəncəli həyat yoxdur. Bernar Fontenel
Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Sokrat
Əgər sevgidə seçim iradədən və düşüncədən asılı olsaydı, o zaman sevgi hissdən, ehtirasdan məhrum olardı. Vasitəsizlik elementinin iştirakı düşüncəli sevgidə də görünür. Çünki, bir neçə layiqli insandan yalnız biri seçilir və bu seçim ürəyin qeyri-iradi meylinə əsaslanır. Vissarion Belinski
Əqidə yalnız həqiqi olduğuna görə qiymətli hesab edilməlidir.Vissarion Belinski
Əməli müxtəlif yollarla törətmək olsa da, yalnız bir yolla düzgün yerinə yetirmək olar...Aristotel
Həqiqi insan sevgisi yalnız hisslərin, ürəyin şıltaqlığına yox, eyni zamanda bir-birinin ləyaqətinə qarşılıqlı hörtmət etməyə əsaslana bilər.Vissarion Belinski
Hər bir adamın xarakterində nifrət oyadıcı vəhşi heyvan hissiyyatı gizlənir. Yalnız az bir hissə bu hissiyatın öhdəsindən necə gəldiyini boynuna alır. Volter
Hər cür adamlar, hər cür ehtiraslar olur. Məslən birinin naturasının bütün ehtirası, bütün pafosu soyuq bir qəzəbdən ibarət olur. O yalnız dişləyən zaman ağıllı, istedadlı və hətta sağlam olur.Vissarion Belinski
İnsan səylərindən ən mühümü-mənəviyyata cəhd etməkdir. Bizim daxili sabitliyimiz, mövcudluğumuz ondan asılıdır. Həyatımıza gözəllik və ləyaqət verən yalnız əməllərimizdəki mənəviyyatdır. Təhsilin əsas vəzifəsi onu canlı qüvvəyə çevirmək və əhəmiyyətini aydın dərk etməyə kömək etməkdir.Albert Eynşteyn
İnsan yalnız özünə qalib gəldikdə yaşamağa başlayır.Albert Eynşteyn
Övladı tərbiyə etmək yalnız onu bəsləməkdən və böyütməkdənyox, eyni zamanda onun ürəyini, ağlını istiqamətləndirməkdən ibarətdir. Bunun üçün isə ananın xarakteri, elmi, inkişafı, bütün insani maraqların mümkünlüyü lazım deyilmi? Vissarion Belinski