Zümrə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bu bir həqiqətdir ki, cəmiyyətin tarixi dönəmlərində yaranan demokratik ab-hava ayrı-ayrı zümrələrin qəzet və jurnal nəşrinə geniş meydan açır. Teymur Əhmədov
D
redaktə- Demokratiya hər hansı bəşəri bir cəmiyyətin idarəsinə məxsus sistem adıdır… Demokratiya, bizcə, müxtəlif təbəqəti-ictimaiyyəni haiz olub (əhatə edib), daima haldan hala keçərək, təkamüldə olan cəmiyyətin, vaxt və zamanının təsiriylə, istehsal işlərini tənzimdəki rolları dəyişmiş mütərəqqi zümrələrin sərkarə (başa) gəlməsini kolaylıqla (asanlıqla) təmin edən idarə sistemidir.[1] Məhəmməd Əmin Rəsulzadə
- Din ağlın əleyhinədir; bəşəriyyətin xoşbəxtliyə çatmasına mane olur; siyasi istibdad üçün zəmin yaradır. Başda ağsaqqallar və varlılar da olmaqla hakim zümrələr dini öz maraqlarına uyğun hesab edərək onu qorumuşlar. Onların inkişaf etdirdikləri "təhsil", "vərdiş" və "zorbalıq" yalnız dini cəhalət və qorxu doğurur. Pol Anri Holbax
İ
redaktə- İki şey qoşa divar kimidir: yenilik və ənənə. Bunlar müqəddəs yalanların iki üzüdür. Bunları icad etmiş ziyalı zümrəsi həmin anlayışları elə Platonun şərh etdiyi kimi başa düşürlər. — Fridrix Nitsşe