Müqəddəs
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
- Ata, Oğul, Müqəddəs Ruh üçlüyünə inanlara onların olmadığını sübut etmək olmaz, amma bu təsdiqin biliksizlik yox, inam olduğunu onlara göstərmək olar və onlar Allahların üç olduğunu təsdiqləyirlərsə, o zaman mən də eyni hüquqla təsdiq edirəm ki, onların sayı 17 ½-dir. Lev Tolstoy
B
redaktə- Barbara su üzərində keçsə, Milad bayramı da buz üstə keçər. (Barbara - Polşada müqəddəs Barbaranını şərəfinə hər il 4 dekabrda qeyd olunan milli bayram) Polşa atalar sözləri
- Bir çox hallarda İsa küçədə yaşayan şəxs kimi idi. Onun nə evi, nə də ki, maddi imkanı var idi. Buna baxmayaraq O, həyatları və heç kimin etmədiyindən daha çox tarixin axınını dəyişib. Buna görə də Müqəddəs Kitabı din haqqında yox amma İsa Məsih haqqında öyrənmək üçün oxumağa davam etdim. Bütün İncil boyu Məsih, peyğəmbər ya da ki, yaxşı tərbiyəli olduğunu yox Allah olduğunu iddia edir. Heç bir tərifə layiq adam belə iddia etməmişdir. Əgər həqiqətən O yerdə olan Allah idisə, mən bununla razılaşmalı idim. Kevin Cenkins
- Bir dövlət içərisində gəncliyin təhsil və tədrislə məşğul olmasından daha böyük və daha müqəddəs bir xidmət düşünülə bilməz. Siseron
- Biz həyatın tək standartı olan müqəddəs, imtina edilməz vəzifə fikirinə inanırıq. Cüzeppe Madzini
- Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq ("Kin" pyesi, 1953) Jan Pol Sartr
C
redaktə- Cəmiyyətin ən yüksək və müqəddəs marağı onun hər bir üzvünün, eyni zamanda öz rifahıdır. Vissarion Belinski
D
redaktə- Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar. Mark Tven
- Dünyada ən mütərəqqi ölkə insan ruhudur. Ən məhsuldar ölkə də ruhdur. Ona görə də təhsilin ən müqəddəs vəzifəsi ruhları inkişaf etdirib kamala çatdırmaq olmalıdır. Pirl Bak
- Düzgünlüyünüzü müqəddəs bir varlıq kimi qoruyun, son məqamda müqəddəs və sizə sadiq qalan yalnız daxili düzgünlüyünüz olacaq.[1] Ralf Uold Emerson
E
redaktə- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[2] Ziqmund Freyd
- Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan".
Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!
Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı.
Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.Məmməd Əmin Rəsulzadə
Ə
redaktə- Əgər müqəddəs kitablar əlçatan deyilsə, yaxşı insanların davranışlarını rəhbər tutmalısınız. Çanakya
- Əgər müqəddəs kitabları həqiqətən tanrı yazdısa, onları yenidən nəzərdən keçirməsi lazım olduğunu düşünürəm, çünki həyat çox dəyişdi. Tupak Şakur
- Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər. Konstantin Uşinski
- Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir. Məhəmməd
H
redaktə- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pııla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər.Bıı hiss padşahı gədadan ayırmaz, Həqiqəti təmiz məhəbbət məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
X
redaktə- Xatırladığım qədəriylə, müqəddəs kitablarda zəkanı tərifləyən tək bir söz belə yoxdur. Bertran Rassel
İ
redaktə- İki hacı müqəddəs Ramazan ayında bilyard oynayırlar. Biri o birisindən soruşur ki “bəs nədən oynayacağıq?”. İkinci cavab verir: “İftardan”.[3]Bəhram Bağırzadə
- İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun! Xudu Məmmədov
- İnsanda ən müqəddəs hiss inamdır. Frensis Hart
- İslamda müqəddəs insan, yer, kitab anlayışı yoxdur. Müqəddəs ancaq Allahdır.[4] Elşad Miri
- İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
K
redaktə- Kişiyə alt paltarı almaq hər bir qadının müqəddəs hüququdur. Alla Puqaçova
- Kitab insan ruhunun müqəddəs yazısıdır. Maksim Qorki
- Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Heydər Əliyev
L
redaktə- Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq? Erix Mariya Remark
M
redaktə- Məhəbbət və dostluqda bərabərlik müqəddəs tutulmalıdır. İvan Krılov
- Məbədin müqəddəs kədərinin bir addımlığında toz içərisində oturmaq üçün uşaqlar qaçışırlar, Allah onların oynamasına baxır və ruhaniləri unudur... Rabindranat Taqor
- Mən inanıram ki, Müqəddəs Kitab Allahın insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın Xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir. Avraam Linkoln
- Mən, Müqəddəs Kitabda, doğruluğun əlaməti olan daha çox sübutlar görürəm, nəinki hər hansı dünyəvi tarix üzrə əsərlərdə.[5] İsaak Nyuton
- Mənasız ifadələri lağa qoymaq lazımdır. Məsələyə ağılla yanaşmalı, fikir dəqiq ifadə edilməlidir. Heç kim, heç vaxt Ata, Oğul, Müqəddəs Ruhdan ibarət Üçlüyün dəqiq bir tərifinə sahib olmamışdır. Bu, sadəcə olaraq, özlərini İsanın kahinləri adlandıran fırıldaqçıların cəfəngiyyatıdır. Tomas Cefferson
- Mənə güvənilən bir sirri müqəddəs bir əmanət kimi saxlayaram, amma sirləri əlimdən gəldiyi qədər bilməməyə çalışaram. Albert Eynşteyn
- Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. Firidun bəy Köçərli
- Müqəddəs inək səni buynuzlayırsa onu öldürmək günah deyil. Teluqu atalar sözləri
- Müqəddəs olmaq müstəsnalıqdür, ədalətli olmaq isə qaydadır. Viktor Hüqo
- Müqəddəs olmaq üçün az nəzəriyyəyə, çox təcrübəyə ehtiyacınız var. Frensis de Sales
- Müqəddəs Roma imperiyası adlanan dövlət quruluşu nə müqəddəs, nə Roma, nə də imperiya idi. Volter
- Müqəddəslə günahkarın arasındakı yeganə fərq ondadır ki, hər müqəddəsin bir keçmişi, hər günahkarın bir gələcəyi var. Oskar Uayld
N
redaktə- Namuslu adamın verdiyi söz onun üçün müqəddəs borc olmalıdır. Çin atalar sözləri
Ö
redaktə- Ölülər, yetimlər və evsizlər üçün nə fərqi var ki, özbaşınalıq və dağıntı totalitarizm, yaxud müqəddəs demokratiya və liberalizm adından törədilir. Mahatma Qandi
S
redaktə- Sevgi - duyğu və müqəddəs bir ehtirasdan başqa bir şey deyildir. Pyer Jan Beranje
- Sənət etdiyimiz yer təhlükəlidir, amma biz bunu müqəddəs etməliyik. Ledi Qaqa
- Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız. Nəriman Nərimanov
Ş
redaktə- Şair yüngül qanadlı müqəddəs bir şeydir; ilham eşitmədən özündən keçmədən ağılı başında ikən bir şey yarada bilməz. Platon
- Şeytan müqəddəs yazını da öz məqsədləri üçün istifadə edə bilər. Uilyam Şekspir
- Şərab içib nəsil əkmək kimi müqəddəs işə başlama. Pifaqor
T
redaktə- Tanrı bəşər övladına iki kitab bəxş etdi. Birində əzəmətini, digərində iradəsini göstərdi. Birinci kitab Onun yaratdığı görünən dünyadır. O dünya ki, onun binalarının nəhəngliyinə, gözəlliyinə, ahəngdarlığına baxan insan ona verilən anlayışa uyğun olaraq Tanrının qüdrətini qəbul etsin. İkinci kitab isə Müqəddəs Ayələrdən ibarətdir. Bu kitabda bizim xilasımız üçün Yaradanın iltifatı göstərilmişdir. Mixail Lomonosov
U
redaktə- Uşaqlar müqəddəs və safdırlar. Onları öz əhval-ruhiyyənizin oyuncağı etmək olmaz. Anton Çexov
İstinadlar
redaktə- ↑ Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.37
- ↑ [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
- ↑ Bəhram Bağırzadə: Azərbaycanda bir çox universitetlər bağlanmalıdır
- ↑ “İnsanlar var ki, ona ”Hacı filankəs" desinlər deyə həccə gedir"
- ↑ Two Apologies, by Richard Watson, 1820, p. 57